2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaXəbərlər

Duterte siyasətdən gedəcəyini açıqlayıb

Filippin Prezidenti Rodriqo Duterte şənbə günü siyasətdən gedəcəyini açıqlayıb. Bu gözlənilməz addım onun qızının namizəd olmasına yol açdığına dair spekulyasiyalara səbəb olub. Qızı həmçinin yenidən mer olmaq üçün də namizədliyini irəli sürüb.

“Mən bu gün siyasətdən getdiyimi açıqlayıram,” Duterte deyib.

76 yaşllı Dutertenin iki nömrəli vəzifəyə namizədliyi irəli sürəcəyi gözlənilir. Bir çox filippinli buna qarşı çıxır, çünki bunun prezidentlik müddətini bir dəfə ilə məhdudlaşdıran konstitusiyaya zidd olduğunu deyir.

Saytların yığılması Saytlarin yigilmasi

“Bir neçə il öncə məni prezident seçən insanların istəklərinə boyun əyərək, indi həmvətənlərimə deyirəm ki, mən sizin istəyinizi yerinə yetirəcəm,” xalqı yardımçısının namizədliyini dəstəkləməyə çağırarkən bildirib.

Siyasi təhlilçilər deyir ki, Dutertenin onu 2016-cı ildən bəri narkotiklərlə mübarizə çərçivəsində hökumət tərəfindən həyata keçirilən minlərlə qətlə görə ölkə daxilində və ya Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mümkün qanuni proseslərdən qoruyacaq sadiq xələfə ehtiyacı var.

Çinə dəstəyi və Filippinin yaxın müttəfiqi olan Birləşmiş Ştatlara qarşı nifrəti ilə tanınan lider əleyhdarları onu avtoritar və müxalif səslərə qarşı dözümsüz olmaqda günahlandırsa da, hələ hə populyar olaraq qalır.

May ayında 60 milyondan çox filippinli seçkidə iştirak edərək yeni prezident, vitse-prezident və 18 mindən çox qanunverici və yerli hökumət rəsmilərini seçəcəklər.

Siyasi müşahidəçilər uzun zamandır Dutertenin, gələn il qızı Sara Duterte-Karpionun prezidentliyə namizə olması kimi, sürpriz edəcəyini gözləyirdi.
Duterte-Karpionun atası təqaüdə çıxdığını elan edəndən qısa müddət sonra Davaonun meri olmaq üçün yenidən namizədliyini irəli sürməsi onun prezidentliyə iddialı olması ilə bağlı spekulyasiyaları azaltmayıb.

O, rəy sorğularında potensial namizədlərdən öncə gəlib, lakin ötən ay demişdi ki, gələn il prezidentliyə naimizədliyi irəli sürməyəcək, çünki atası ilə aralarından yalnız birinin namizəd olacağına dair qərara gəliblər.

Ata Dutertenin namizəd olmamağa qərar verməsi onun yolunu açır.

Ateneo de Manila Universitetinin politologiya və hüquq üzrə professoru Antonio La Vina “Bu, Sara Dutertenin namizədliyini irəli sürməsinə imkan verir” deyib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button