2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

DYP müstəntiqi təşviş içində – Mühacirlik

Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Hikmət Kərimov haqda xəbərlər rezonans doğurub.

24saat.org-a verilən məlumata görə, baş müstəntiqin 90-cı illərdə Almaniyada siyasi mühacir həyatı yaşaması haqda iddiaların səslənməsi onu ciddi şəkildə həyəcanlandırıb. Əldə etdiyimiz xəbərə görə, H.Kərimov DYP dəhlizlərində müzakirə olunur. Baş müstəntiqin narahatlığı isə məsələnin nazirliyə qədər gedib çıxa bilməsi ehtimalıdır.

Belə ki, H.Kərimov 1990-cı illərin ortalarında Bakı Dövlət Universitetini bitirib və bir müddət işsiz qalıb. Məlumatda iddia olunur ki, Kərimov sonra Avropa ölkələrinin birinə mühacirət etmək qərarına gəlib. Onun Edik adı ilə tanınan dayısının köməkliyi sayəsində əlaqələr tapdığı və Almaniyada siyasi sığınacaq aldığı deyilir. Bir müddət Almaniyada siyasi qaçqın adı altında yaşayan H.Kərimov çox keçmir ki, hansısa qüvvənin köməkliyi ilə Azərbaycana qayıdır və polis orqanlarına işə düzəlir. Bir müddət Abşeron rayonunda sahə müvəkkili, sonra cinayət axtarış şöbəsində işləyir və naməlum güclü qüvvələrin köməkliyi sayəsində pillə-pillə indi işlədiyi vəzifəyə yüksəlir. Ancaq H.Kərimov özü belə tez parlamasını qarabağlı və məhşur Kolanı tayfasına mənsub olması ilə əlaqələndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Qaynağımız isə baş müstəntiqin irəli sürdüyü bu nüansın yanlış olduğunu söyləyir. Mənbə bildirib ki, hüquq-mühafizə orqanları Kərimovun 1995-ci ildən sonra harda yaşadığını, hansı Avropa ölkəsinə necə getdiyini asanlıqla araşdıra bilər. Məlumatda bildirilir ki, baş müstəntiqin atası Əhəd Kərimov uzun müddət Sovet hakimiyyəti vaxt Bərdənin və Ucarın 1-ci katibi işləyib. Bu faktları ilk olaraq Afn.az saytı yayıb. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button