2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

E. Məmmədyarovun Malta görüşləri

Azərbaycanla Malta arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edib. İqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafında müsbət nəticələr əldə edilib.

Maltada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu gün, aprelin 18-də bu ölkənin baş naziri Joseph Muscat ilə görüşündə belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi səfərinin Maltanın Avropa Birliyinə(AB) sədrlik etdiyi dövrə təsadüf etdiyini deyən nazir bu qurumla Azərbaycan əlaqələrinin inkişaf perspektivləri və tərəfdaşlığa dair yeni saziş layihəsi barədə məlumat verib.

E.Məmmədyarov Joseph Muscat-ı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə də məlumatlandırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, Joseph Muscat-ın isə ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edib, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.

Azərbaycanın-AB əlaqələrinin əhəmiyyətinə toxunan Joseph Muscat Maltanın bu qurum ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin imzalanması istiqamətində gözlənən danışıqları dəstəklədiyini söyləyib.

E. Məmmədyarov Malta səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri George Vella ilə də görüşüb.

Görüşdə iki ölkə arasında münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə edildiyi bildirilir.

Tərəflər enerji sektorunda səmərəli əməkdaşlığın mövcud olduğunu, turizm, sərmayə qoyuluşu, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafından ötrü geniş imkanların olduğunu deyiblər.

Elmar Məmmədyarov səfər çərçivəsində Malta parlamentinin spikeri Anglou Farruca ilə də görüşüb.

Azərbaycan xarici işlər naziri E. Məmmədyarov aprelin 17-də Maltaya gedib. Onun Maltadan da İtaliyaya yola düşəcəyi bildirilir. E. Məmmədyarovun İtaliyada da rəsmi görüşlərini davam etdirəcəyi, ikitərəfli və regional məsələlərlə bağlı müzakirələr aparacağı bildirilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button