2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Ebru Gündəş Rza Zərrabın bütün hədiyyələrini geri qaytardı – Fotolar

Evliliyi boyu Rza Zərrabın aldığı hədiyyələrlə gündəmə gələn Ebru Gündəşin adına əslində heç nə olmadığı üzə çıxıb.

Mart ayında ABŞ-da həbs olunan 6 illik həyat yoldaşı Rza Zarrabdan boşanmağa qərar verən müğənninin evlilik müqaviləsi olduğu ortaya çıxıb. Bu səbəbdən də Rza Zərrabla aralarında heç bir mal-mülk bölüşdürülməsi olmayacaq.
Rza Zərrabla evli olduğu müddətdə müsahibələrinin birində “Belə getsə, həyat yoldaşım mənə Marsı da alacaq” , – demişdi. Məlum olub ki, müğənni ərinin ona hədiyyə etdiyi “Duty Free” adlı bahalı atı və yaşadıqları əkiz villaları da geri qaytarıb.
Rza Zərrab Kanlıcadakı Mehmet Arif Bəy malikanələrindən ikisini 2011-ci ildə almaq istəyib, ancaq bankda kredit məsələsində problem yaşayıb. Cütlük problemi həll etmək üçün hər iki villanı kreditlə ayrı-ayrılıqda alıb. Malikanələr Gündeşin adına qeydiyyatda olsa da, krediti Zərrab ödədiyi üçün evlərin borcu bitən kimi ifaçı onları ərinə təhvil verib.
4 Evi var; birində anası, birində qardaşı yaşayır
Ebru Gündeşin illər əvvəl Ulus və Acerkentten aldığı evlərdən birində anası, digərində qardaşı yaşayır. Evliliyi boyu konsertlərinə, tv proqramlarına və reklam çəkilişlərinə ara verməyən müğənni, 6 illik evliliyi ərzində özünə yalnız “Sapphire” iqamətgahdan bir mənzil ala bilib.
 
Həmçinin Gündəşin Etiler-Nispetiye küçəsində də 1 evi var.
Məşhur tablo da Gündəşin adına qeydiyyatda deyil
İştirak etdiyi hərracda Nəzmi Ziyanın öz evini çəkdiyi tablosunu 1 milyon 50 min lirəyə alan Rza Zərrabın əsəri yeni il hədiyyəsi kimi Ebru Gündəşə hədiyyə etdiyi irəli sürülmüşdü. Məlum olub ki, o tablo da Gündəşin adına qeydiyyatda deyil.
Yarış atını da Rza Zərraba qaytarıb
Ebru Gündəş Rza Zarrabın ona ad günündə hədiyyə etdiyi “Duty Free” adlı yarış atını da yarışlar haqqında məlumatlı olmadığı üçün 2 il 5 ay əvvəl Zərraba geri qaytarıb.
Xüsusi təyyarə istifadə etmir
Gündəşin Zərraba məxsus xüsusi təyyarə istifadə etmədiyi, hazırda ancaq qızının rifahını düşündüyü və yeni ev axtarışında olduğu deyilir.(Publika.az )

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button