2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ədalət Mühiti Təşəbbüsü – COP29  fəaliyyətini dayandırıb

Azərbaycanın beş qeyri-hökumət təşkilatının təsis etdiyi  Ədalət Mühiti Təşəbbüsü-COP29  öz fəaliyyətini dayandırdığını bildirib. Bu qərar fəaliyyət imkanlarının olmaması ilə izah edilir.

Təsisçilərdən biri, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Turan-a bildirib ki, fevralda Təşəbbüs Qrupu təsis ediləndə məqsəd COP29 ərəfəsində ölkədə vətəndaş cəmiyyətilə bağlı normal fəaliyyət imkanın yaradılması üçün hökümətə təkliflər təqdim etməklə vəziyyətin yaxşılaşdırılması istiqamətində addımlar atmaq olub:

“Biz prezidentə, ədliyyə nazirinə, Milli Məclisə təkliflər və müraciətlər hazırlayırdıq. İstəyirdik ki, ölkədə insan hüquqları, vətəndaş cəmiyyəti, ətraf mühit, sərhədlərin açılması üçün addımlar atılsın. COP29 kimi möhtəşəm bir qlobal tədbir ərəfəsində ölkəmizin adı beynəlxalq platformalarda müsbət mesajlarla xatırlansın.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin müstəqil mediaya qarşı aparılmış saxta cinayət işi bizi məyus etdi. Bundan sonra təsisçilərdən biri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli də qurama ittihamla həbs edildi. Müstəqil vətəndaş cəmiyyəti nümayəndələrinə, azad mediaya təzyiqlər, təqiblər hələ də davam edir. Ofislər bağlanır, ictimai fəallar ölkəni tərk edirlər. Belə şəraitdə müstəqil vətəndaş cəmiyyətinin fəaliyyət göstərməsi mümkün deyil”, – Süleymanlı deyib.

*Ədalət Mühiti Təşəbbüsü – COP29 fevralın 20-də Azad İqtisadiyyata Yardım İctimai Birliyi, EcoFront, Qadınların Gücləndirilməsi Mərkəzi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Vətəndaş Hüquqları İnstitutu tərəfindən təsis edilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button