2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Edamını elmi sübuta çevirən alim

“Onlar bu başı bir an içində kəsdilər, amma belə bir başı Fransanın yaratmasına bəlkə də 100 il yetməz”

Fransız kimyaçısı Antuan Lavuazye  (fransızca Antoine Laurent de Lavoisier) 1743-cü ilin avqust ayında Paris şəhərində anadan olub.
24saat.org xəbər verir ki, Antuan Lavuazye 18-ci əsrin böyük kimyaçısı və fransız zadəganı olub, kimya və biologiyanın tarixində dərin iz qoymuşdur.  O “müasir kimyanın atası” kimi də tanınır. Hidrogen və oksigeni ilk dəfə element kimi tanıyan və adlandıran Lavuazyenin atom nəzəriyyəsinin başlanmasında da rolu olub.
1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandır.
Fəaliyyəti dövründə kimyaya bir çox yeniliklər gətirən Lavuazye başlıca tərcübələrini yanma prosesini öyrənməyə sərf edib. Oksidləşməni tədqiq etmək üçün havanın tərkib hissəsini öyrənən Lavuazye 1776-cı ildə bağlı qabda civəni yandırır və bununla da havanın kimyəvi element deyil, birləşmələrdən ibarət olduğunu sübuta yetirir. Antuan Lavuazye həmçinin kütlənin saxlanması qanununu sübuta yetirmişdir; heç nə itmir, heç nə yaranmır, yalnızca bir növdən başqa növə çevrilir. Başqa cür desək, reaksiyaya daxil olan maddələrin miqdarı reaksiyadan sonra alınan maddələrə (reagentlərə) bərabərdir. Bu, hal-hazırda müasir kimyanın əsas prinsipidir. Lavuazye həmçinin 1780-ci illərdə Morveau, Berthollet və Fourcroyla bərabər ilk kimyəvi nomenklaturanın da əsasını qoymuşdur.
 Lavuazye kimyada tədqiqatlar aparan zaman o, həm də dövlət üçün işləyirdi. 1789-cu ildə Fransız İnqilabı başlayan zaman o, dövlətdəki postunu tərk etmir. 2 il sonra yeni hökumət onu əsassız yerə qanunsuz tütün satmaqda ittiham edir. Heç bir dəlil olmasa da, 8 may 1791-ci ildə Antuan Lavuazye gilyotin üsulu ilə edam olunur.
Həmin edam qərarı qəbul olunarkən Lavuazyenin leyhinə bir neçə nəfər hakimdən xahiş edir: “Bu adam dahidir, ona güzəşt etmək lazımdır.”
Hakim isə belə cavab vermişdir: “İnqilaba dahilər gərək deyil.”
 Lavuazye boynunun vurulmasını gözləyərkən də kitab oxumağa davam edir.
Cəllad onu edam üçün aparanda Lavuazye harada qaldığını unutmamaq üçün kitabın arasına bir səhifə ayırıcı qoyur. Edamdan qabaq dosunu çağırıb deyir:
“Başim vurulub səbətə düşəndə gözlərimə bax, Əgər iki dəfə göz qırpsam, deməli insanın başı kəsildikdən sonra bir müddət beyni düşünmyə davam edir.
Lavuazyenin başı gilyotinlə kəsilri və səbətə düşən zaman gülümsəyərək iki dəfə göz qırpır.
Dostu deyir: “Lavuazyenin son saniyədəki isbatı yüz illər sonra da elmi araşdırmaçılara heç bir halda ruhdan düşməməyin örnəyi olacaq”.
Bu hadisə Dostoyevskinin “İdiot” əsərində də öz əksini tapıb.
Görkəmli riyaziyyatçı və astronom Jozef-Lui Laqranj belə demişdir: “Onlar bu başı bir an içində kəsdilər amma belə bir başı Fransanın yaratmasına bəlkə də 100 il yetməz”.
24saat.org
Jak Lui David “Antuan Lavuazye və arvadı Marinin portreti” 1788.
Jak Lui David “Antuan Lavuazye və arvadı Marinin portreti” 1788.

4

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button