2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Az24saat.org saytının bloklanması qərarından apellyasiya şikayəti verildi

Az24saat.org saytının bloklanması ilə bağlı Səbail rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Bu barədə saytın baş redaktoruna vəkili məlumat verib. Şikayətdə qərarın qanunsuz heab edilərək ləğv edilməsi və Az24saat.org saytına girişin məhdudlaşdırılmasının aradan qaldırılması tələb edilib.

Qeyd edək ki, avqustun 7-də Səbail rayon məhkəməsi Az24saat.org saytının bloklanması barədə qərar qəbul edib.

Vüqar Qurdqanlı bildirir ki, 06 avqust 2018-ci il tarixində saat 00:15-ə 24saat.org saytının elektron poçtuna Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanov tərəfindən xəbərdarlıq daxil olub. Xəbərdarlıqda prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazının 8 saat ərzində silinməsi tələb edilib. Baş redaktor bildirir ki, tələb qanunsuz və anlaşılmaz olduğu üçün yazılar silinməyib: “Çünki xəbərdarlıqda yazıların “az24saat.org.az” domenli saytdan siinməsi tələb edilir. Sözügedən saytın isə mənə aiddiyatı yoxdur. Çünki bizim saytımız “az24saat.org” saytıdır. Bu səbəbdən, xəbərdarlıqda qeyd edilən – “Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər”, “Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi”, “İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR?” və “APA-nı kim, niyə bağladı?” başlıqlı məqalələr saytdan silinmədi. Xəbərdarlıqda böhtan, yalan və qərəzli ifadələrə yol verildiyi iddia edilsə də, sözügedən yazılar informasiya və analiz xarakterli məqalələrdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Vüqar Qurdqanlı qeyd edir ki, 06 avqust axşam saatlarında telefonuna məhkəmə ilə bağlı bildiriş daxil olub və bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mürqciətinə baxılacaq.

Baş redaktor əlavə edir ki, “24saat.org” saytının əsas domen adı olan “www.24saat.org” 5 may 2017-ci il tarixində heç bir xəbərdarlıq olmadan Azərbaycan ərazsinində bloklanıb. Buna səbəb həmin ərəfədə Azərbaycan ərazisində bloklanan meydan.tv, azadliq.info. azadliq.org və digər saytların bütün xəbərlərini istisnasız olaraq təkrar yaymağımız olub.

Sözügedən domen bloklandığı üçün sayt bir neçə vaxtdır “Az24saat.org” domen adı ilə fəaliyyət göstərir.

Bundan bir gün sonra isə NRYTN eyni tələblə məhkəməyə müraciət edərək, Xural.com, Arqument.az, Anaxeber.az saylarının da bloklanmasına nail olub.

Bundan əvvəl isə 2017-ci ilin mayın 12-də Səbail rayon Məhkəməsinin qərarıyla AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

Yada salaq ki, 2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button