2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Efirdə unitaza oturan azərbaycanlı aparıcı ilə bağlı açıqlama

Ötən həftə ARB TV-nin efirində aparıcının unitaz üzərində oturması müzakirələrə səbəb olub.

Axşam.az “Qafqazinfo”ya istinadə xəbər verir ki, “Yaşamaq gözəldir” verilişinin aparıcısı Sona Məmmədovanın “Tualet günü” ilə bağlı atdığı addım birmənalı qarşılanmayıb.

Onun canlı efirə unitazı gətirərək üstündə oturması sosial şəbəkə istifadəçiləri tərəfindən etiraza səbəb olub.

Məsələ ilə bağlı ARB TV-nin mətbuat xidməti açıqlama verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilib ki, dünya televiziyalarında da bu cür hallara rast gəlmək mümkündür:

“ARB TV-nin efirində yayımlanan “Yaşamaq gözəldir” layihəsi maarifləndirici tibb verilişidir. Verilişdə müxtəlif xəstəliklərlə yanaşı, ümumi sanitariya və gigiyena məsələləri ilə bağlı mövzulara da toxunulur.

Verilişin bəhs olunan bölümündə aparıcı xanım ümumdünya tualet günü haqda maarifləndirici, maraqlı məlumatlar verib. Bu məlumatlar verilişin formatına uyğun olaraq, kreativ üslubda tamaşaçılara çatdırılıb. Unutmayaq ki, “Yaşamaq gözəldir” televiziya verilişidir və verilən məlumatların vizual tərəfləri də düşünülməlidir.

Bu məsələ ilə bağlı tənqidlər ola bilər, amma əksər tamaşaçılar, hətta, bəzi media nümayəndələri də bu halı normal qarşıladıqlarını bildiriblər, mətbuatda bu haqda yazılar dərc olunub. Dünya televiziyalarına da nəzər saldıqda, oxşar halların şahidi ola bilirik”.

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button