2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ehtiyatlı olun! Minalar!

***

SualDennis, siz Cənubi Qafqazda, o cümlədən Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş (hazırda Azərbaycan tərəfindən işğaldan azad edilmiş) ərazilərinə quraşdırılmış minalardan təmizlənməsi üçün kampaniya aparan təşkilatın rəhbərisiniz. Hazırda Azərbaycan azad etdiyi torpaqlarında bu minaları təmizləməkdə çətinlik çəkir. Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Sizcə bu məsələ necə həll olunmalıdır?

Cavab: 2019-cu ildən bəri “LINKS Europe” minasız Cənubi Qafqaz üçün bir kampaniya koordinasiya edir. Bu və ya digər ölkəni və ya ərazini ayırd etmirik. Mina mənfur bir silahdır. Onlar yerə döşənməməlidir və harada olurlarsa olsunlar, onların təmizlənməsi üçün səy göstərilməlidir. Əvvəldən Cənubi Qafqazdakı bütün ölkələri və mina və partlamamış hərbi sursatların təmizlənməsi ilə məşğul olan bütün mina təmizlənmə qurumlarını bu məqsəd üçün birlikdə çalışmağa çağırdıq. Bu çağırışlara minalanmış ərazilərin xəritələrinin mövcud olduğu şəraitdə, belə xəritələri bir-birinə təmin etmə, həmçinin digər əməkdaşlıq formaları aiddir. Bunu 10 noyabr 2020-ci ildən əvvəl də deyirdik, bundan sonra da.

Saytların yığılması Saytlarin yigilmasi

Sual: Sizcə, bu ərazilərdə nə qədər mina döşənib? Bu mövzuda siz və ya kampaniyanızın bir hissəsi olan təşkilatlar nə deyə bilərsiniz? Bununla bağlı hər hansı rəqəmləriniz və ya xəritələriniz varmı?

Cavab: Neçə ədəd minanın olduğu və harada olduqları barədə dəqiq məlumatımız yoxdur. Ancaq bütün dünya 10 noyabr üçtərəfli bəyanatının bir hissəsi kimi yenidən Azərbaycana qayıdan ərazilərin ağır bir şəkildə minalandığının fərqindədir. Bu minaları təmizləmək və əraziləri təhlükəsiz vəziyyətə gətirmək üçün səyləri dəstəkləyirik ki, məcburi köçkünlər təhlükəsiz şəraitdə və ləyaqətləri tapdalanmadan evlərinə qayıda bilsinlər.

Sual: Yəqin ki, 4 iyunda Kəlbəcərdə baş vermiş və iki jurnalistin və bir yerli məmurun ölümünə səbəb olmuş mina partlayışından xəbərdarsınız. Minalar artıq təkcə sıravi vətəndaşlar üçün deyil, həm də jurnalistlər üçün təhlükə mənbəyinə çevrilib. Bütün bunlara baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu, BMT konvensiyalarının pozulmasıdır. Niyə beynəlxalq təşkilatlar və BMT bu mövzuda Ermənistana təzyiq göstərmir?

Cavab: Minanın partlaması nəticəsində iki azərbaycanlı jurnalistin ölümü çox kədərli bir hadisədir. Onların ölümü problemin ciddiliyini və Cənubi Qafqazdakı bütün ölkələrin minaların bütün bölgədən təmizlənməsi üçün açıq bir siyasət yürütməsinin vacibliyini göstərir. Məqsədimiz bölgədə bir dənə də olsun minanın qalmamasıdır və bu mövzuda kampaniyaya davam edəcəyik.

Minalanmış ərazilərin xəritələri məsələsi vacibdir və tərəflərin minaların yerləşdiyi yerlər barədə məlumatları bölüşmə öhdəlikləri olmasını təmin etmək üçün əməkdaşlıq olmalıdır. Ancaq başqa məsələlər də var. Birləşmiş Millətlər Təşkilatının 192 üzv ölkəsindən Ermənistan və Azərbaycan, qeyri rəsmi adı Ottava Konvensiyası olan Minalar Əleyhinə Konvensiyanı imzalamamış və ya ona qoşulmamış 33 ölkənin arasındadır. İnsan əleyhinə minaların istifadəsini, ehtiyat kimi yığılmasını, istehsalını və təhvil verilməsini qadağan edən və onların məhv edilməsini tələb edən Konvensiya 1999-cu ildə qüvvəyə minib. Beynəlxalq ictimaiyyət minalardan istifadə etməmək, ehtiyatda olan minaları məhv etmək və mövcud minaların təmizlənməsi üçün əməkdaşlıq etmək öhdəliyi olaraq bunlara əməl edildiyini görmək istəyir.

Sual: Kəlbəcərdə mina partladıqdan sonra, Ermənistan silahlı qüvvələrinin komandiri Koryun Qumaşyan, Laçın və Kəlbəcər yaxınlığında 17 ədəd yük maşını ilə gətirilən minaların basdırıldığını etiraf etdi. Dedi ki, Azərbaycan tərəfindən saxlanılan erməni hərbçiləri sərbəst buraxılarsa, minalanmış ərazilərin xəritəsini verməyə hazırdır. Bu cinayət deyilmi?

Cavab: Minaların hər kəs tərəfindən, hər hansı bir yerdə istifadə edilməsini ən güclü şəkildə qınayıram. Minalardan istifadə edilməməlidir. Bu, hər hansısa formada alver predmeti deyil, prinsip məsələsidir.

Sual: Bu yaxınlarda Azərbaycan hərbçiləri mina döşəmək üçün sərhədi keçib Azərbaycan ərazisinə daxil olan erməni təxribatçılarını saxladılar. İndi versiyalardan biri budur ki, Kəlbəcərdə partlayan mina yeni döşənmiş minadır. Rəsmi orqanlar bunu inkar etsələr də. Belə olduğu halda bu terror hesab edilməli deyilmi? Və bu halda Azərbaycanın öz ərazisində antiterror əməliyyatları aparmaq hüququ yoxdurmu?

Cavab: Sualınız ayrı-ayrı məsələləri gündəmə gətirir. 2021-ci ildə Cənubi Qafqazda və ya dünyanın hər hansı bir yerində heç kim heç bir yerə mina basdırmamalıdır.

Sual: Azərbaycan vətəndaşlar üçün torpaqlarının təhlükəsizliyini təmin etmək üçün nə etməlidir? Erməni təxribatçıların sərhədləri pozaraq Azərbaycan ərazilərində mina yerləşdirməsi barədə Ermənistanın da üzvü olduğu KTMT-yə müraciət etməlidir? Yoxsa BMT-yə, antiterror koalisiyası ölkələrinə, habelə ATƏT-in Minsk qrupu ölkələrinə və həmsədrlərə, o cümlədən 10 noyabr bəyanatının tərəflərindən biri olan və Azərbaycana sülhməramlı missiya ilə daxil olan Rusiyaya müraciət edə bilərmi? Əgər onlar bu müraciətlərə səssiz qalarsa, Azərbaycan hansı addımları atmalıdır?

Cavab: Bir daha təkrar edirəm ki, burada qaldırdığınız fərqli məsələlər var. Heç kəs nə öz sərhədləri daxilində, nə də başqa ölkənin ərazisində, yəni heç bir yerdə mina döşəməməlidir. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin danışıqlar yolu ilə həll edilməsi lazımdır. Bu baş verənə qədər tərəflər insidentlərdən çəkinməlidir. Bunu ikitərəfli danışıqlar yolu ilə edə, ya da başqalarından prosesi asanlaşdırmaq üçün kömək istəyə bilərlər. Bir çox ölkə və beynəlxalq təşkilat bu mövzuda kömək təklif edib. Onların çağırışlarına qulaq asılmalı və kömək istənilməlidir. Əks təqdirdə, insidentlərin hətta gündəlik olaraq baş verməsi və bəzi insidentlərin yenidən müharibənin başlamasına səbəb olması ehtimalı yüksəkdir. Hazırda mümkün deyil, ancaq tamamilə istisna edilə də bilməz.

Ermənistan, Azərbaycan və Rusiya tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda atəşkəs elan edildi və münaqişədən sonrakı vəziyyət üçün müəyyən müddəalar təsbit edildi, lakin bu sülh müqaviləsi deyil. Ermənistan və Azərbaycan sülh müqaviləsinə tərəf getməlidirlər. Bu vaxt beynəlxalq hüquqa və xüsusilə beynəlxalq humanitar hüquqa tam əməl etməlidirlər. Bu, gələcəyin qurulması üçün yaxşı bir təməl olacaq.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button