2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ekoaktivist: “Şamaxı-İsmayıllı yolunda yanğın yaşıllığa keçmək üzrədir”

“Taxıl sahələri qəsdən yandırılır və bu adamlar cəzalandırılmalıdır”

Şamaxı-İsmayıllı yolundakı taxıl zəmisində başlayan yanğın yaşıllığa keçmək üzrədir.

Bu barədə ekoaktivist Cavid Qara məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

O, hadisə yerindən video da paylaşıb.

Cavid Qara deyir ki, taxıl zəmisini insanlar qəsdən yandırırlar: “Sonra nəzarət etmirlər, yanğın hədəqəsindən çıxır və sonda yaşıllıqların, meşələrin yanmasına səbəb olur. Taxıl zəmisinin yandırılmasının səbəbi nədir? Belə hallar araşdırılmalı, cəzalandırılmalıdır ki, bir də heç kim bu yola əl atmasın. Olmaz belə”.

Aktivist bildirib ki, hazırda həmin ərazidəki yanğını söndürməyə çalışırlar.

Son zamanlar Azərbaycanın bölgələrində tez-tez meşə yanğınları baş verir.

Lənkəranda, Masallıda, Yardımlıda yanan meşə əraziləri söndürülsə də, mütəxəssislər havaların isti keçməsi və başqa amillər ucbatından yenidən başlayacağından narahatdırlar.

Ötən ay Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə müraciət də etmişdi. Əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edin – demişdilər.

Həmin müraciətdə qeyd olunur ki, meşə sahələrində yanğınların əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, biçindən sonra sahələrə od vuran fermerlərin və təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsızlığından baş verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqlamasına görə, Yardımlı rayonu

Honuba kəndi yaxınlığında (mürəkkəb relyefli dağlıq ərazi), meşə zolağında baş verən yanğında 32 hektar meşə zolağı yanıb.

Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğında isə 10 hektar sahədə kol-kos, quru ağaclar və qismən ağaclar məhv olub.

Masallıdakı meşə yanğınlarında isə nə qədər ərazinin yandığı açıqlanmayıb.

Nazirlik bildirir ki, meşə yanğınlarının qarşısını almaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır: “Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və digər tezalışan mayelərə bulaşmış əsgi, digər materiallar atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması yolverilməzdir”.Meydan.Tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button