Loading...
Loading...
Sosial

Ekologiya və Təbii Sərvətlər nazirliyinə qarşı ciddi ittiham – MEŞƏLƏRİ QIRIB, TORPAQLARI SATIRLAR

Tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev facebook profilində paylaşdığı fotolarla Ekologiya və Təbii Sərvətlər nazirliyinə qarşı ciddi ittihamlar irəli sürüb. 24saat.org saytı həmin ittihamları olduğu kimi təqdim edir:

Dostlar, xəbəriniz varmı Bakıda ağaclara, yaşıllıqlara qarşı divan tutma əməliyyatı indi də bölgələrdə davam etdirilir. Aldığımız məlumata görə Araz çayının sağ və sol hissəsində Tuqay meşələrinə qarşı illərdir davam edən “yaşıl soyqırım” son zamanlar genişlənib. İllərin, əsrlərin yaşıdı olan meşələr, qos-qoca ağaclar, “Qırmızı kitab”-a düşmüş nadir bitki növləri amansızcasına yerlə- yeksan edilir. Soyqırımı həyata keçirənlər və onların havadarları yaxşı bəhanə də tapıblar. Sən demə dövlət başçısının “pambıq əkmək” kampaniyasına dəstək vermək üçün meşələri qırıb yerində pambıq əkmək lazım imiş…

Verilən məlumata görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beyləqan (Regional) Meşə Mühafizə və Bərpa İdarəsinin Araz boyu meşəbəyliyinin İmişli rayonunun Qaraqaşlı, Mürsəlli, Murğuzallı, Xoşçobanlı, Otuziki, Xubyarlı və s. kəndlərinə aid olan hissəsində son zamanlar 3.000 hektar meşə torpaqları ağaclardan təmizlənərək əkin sahəsinə çevrilib. Adı çəkilən idarənin əməkdaşları iri torpaq icarədarları ilə əlaqəyə girərək həmin ərazilərdə çox illik ağacları, nadir bitki növlərini amansızcasına kəsərək, həm onun oduncağını satır, həm də ərazidə pambıq, taxıl, arpa, yonca və s. əkirlər. Tuqay meşələri əməlli- başlı “yaşıl soyqırım”- a məruz qalıb. Vaxtilə bu meşələrin əsasını təşkil edən qovaq ağacları məhv olmaq üzrədir. “Yaşıl soyqırım” əməliyyatçıları hətta yaşı 300 il olan qovaq ağaclarını, eləcə də adı “Qırımızı kitab”- a düşən yulğun və s. bitkiləri də məhv edirlər. Təkcə keçən il Qaraqaşlı kəndi ərazisində 40 hektar meşə məhv edilərək icarədarlar tərəfindən hektarı 300 manata olmaq şərti ilə həmin ərazidə bostan bitkiləri əkiblər…

Oktay Gülalıyev

Bu millətin başına nələr gəlmədi. Neftini, qazını yağmaladılar. Dənizini çəpərləyib insanlarını Xəzərə həsrət qoydular. Yeraltı, yerüstü sərvətlərini, torpağını işğal etdilər. Bu da yetmədi ona nifrət edənləri ona hakim təyin etdilər. İndi də təbiətinə qəsd edirlər. Gəlin heç olmasa tanrının bizə bəxş etdiyi sərvətlərimizə, təbiətimizə sahib çıxaq!


24saat.org

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button