Now Reading:
Ekoloq: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Rusiyada bu il qış çox sərt olub, normadan artıq qar yağıb. Dağıstanda 1,5-2 metrə qədər qar düşüb. Bu regionların iqlimi Azərbaycanın hava şəraitinə təsir edir.

Bu barədə Oxu.Az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur:

“Ya çox soyuqdur, ya da çox istidir. Havanın belə dəyişməsi 1975-ci ildən müşahidə olunmurdu. Bu, normal deyil və dünya kataklizmləri fonunda baş verir”, – ekoloq qeyd edib.

T.Zeynalov bildirib ki, hazırda iki sikl yaranır – siklon və antisiklon:

“Şimaldan soyuq hava kütləsi gəlir, hansı ki Qafqazda antisiklonla qarşılaşır. Məhz bu səbəbdən Azərbaycanın mərkəzinə qar yağmayıb”.

Ekoloq qeyd edib ki, Azərbaycanda sərt qış və çox isti yay olub, lakin havanın belə kəskin dəyişməsi müşahidə olunmayıb.

“Bu günlərdə Azərbaycana şimaldan soyuq hava kütləsi gələcək. Buzların əriməsi və dünya okeanlarının səthinin soyuması ilə əlaqədar bu siklon şaxta gətirəcək”, – ekoloq vurğulayıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.