2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Ekrana inteqrasiya edilmiş Touch ID texnologiyalı iPhone nə zaman təqdim olunacaq?

    iPhone 14 smartfon seriyasının sentyabr ayında təqdim edilməsi gözlənilsə də onun barəsində məlumatlar artıq indidən ortaya çıxırlar. Qeyd etmək lazımdır ki, fevral ayında Apple şirkəti ekrana inteqrasiya edilən barmaq izi skanı texnologiyasının patentini əldə etmişdi. Lakin görünür, bu texnologiyanın iPhone-lara inteqrasiyasını bir qədər gözləmək lazım gələcək. Daha öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, patent sənədlərinə əsasən Apple ekrana inteqrasiya edilmiş Touch ID texnologiyasına sahib iPhone modelini artıq 2023-cü ildə təqdim edə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

    Lakin indi analitik bildirib ki, çox güman ki, 2023-cü ildə bu, baş verməyəcək. Belə ki, iPhone-larda mövcud olan texnologiya ilə proqram təminatı Apple şirkətini qane edir. Analitik əlavə edib ki, bu cür iPhone ümumiyyətlə 2024-cü ildə də təqdim olunmaya bilər və artıq qoruyucu maskadan istifadə edən istifadəçinin də üzünü skan etməyi bacaran Face ID texnologiyası əla biometrik üsuldur. Daha öncə digər məşhur insayder olan Ross Young bildirmişdi ki, bu cür iPhone 2024-cü ildə təqdim oluna bilər. Onu da qeyd etmək lazımdır ki, Apple daimi şəkildə Face ID texnologiyasını təkmilləşdirməklə məşğuldur.

24 saat” “Ekrana inteqrasiya edilmiş Touch ID texnologiyalı iPhone nə zaman təqdim olunacaq?” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button