Loading...
Loading...
Texnologiya

Ekranın alt hissəsinə yerləşdirilmiş ön kameralı iPhone nə zaman təqdim olunacaq?

    İnsayderlərin verdikləri məlumatlara əsasən Apple şirkəti ekranın alt hissəsinə yerləşdiriləcək ön kameraya sahib iPhone üzərində işlərə artıq start verib. Bundan əlavə olaraq insayderlər bu cür iPhone modelinin nə zaman təqdim olunacağını da qeyd ediblər. Beləliklə verilmiş məlumata əsasən Apple 2023-cü ildə iPhone 15 Pro modellərində yeni növ ekranı reallaşdıracaq. Məlumatda qeyd edilib ki, Face ID sistemi ilə ön kameranın ekranın alt hissəsinə yerləşdirmək üçün şirkət Samsung-un istehsalı olacaq ekrandan istifadə edəcək. Samsung isə öz növbəsində yeni növ ekranı ilk öncə yeni Galaxy Z Fold-da reallaşdıracaq.

    Məlumatda qeyd edilib ki, Samsung Display şirkəti OTI Lumionics adlı şirkət ilə əməkdaşlıq edir. Sözügedən şirkət katod təsvirinin formalaşması (CPM) üçün yeni növ orqanik material yaradıb. Yaradılmış yeni növ orqanik materal katod laylarında və OLED ekran piksellərində mikroskopik şəffaf pəncərələrin açılmasna imkan verir. İnsayderlərin sözlərinə əsasən məhz bu texnologiya vasitəsilə Apple şirkəti Face ID sistemini iPhone ekranının alt hissəsinə inteqrasiya edəcək və bu halda sistemin çalışma keyfiyyətində heç bir itki olmayacaq.

    Bu il isə təqdim ediləcək iPhone 14 Pro modelləri bir növ keçid modellər rolunda çıxış edəcəklər. Daha öncəki məlumatlarda qeyd edilmişdi ki, bu ilki iPhone 14 Pro modellərinin ekranları üzərlərində ənənəvi geniş çıxıntı hissə reallaşdırılmayacaq. Bunun yerinə ekranların üzərlərində 2 ədəd kiçik çıxıntı yerləşdiriləcək. Onlardan biri dairəvi formada, digəri isə bir qədər uzunsov formada olacaq. Adi iPhone 14 ilə iPhone 14 Max modellərinin ekranlarında isə ənənəvi çıxıntı hissənin qalacağı güman edilir.

24 saat” “Ekranın alt hissəsinə yerləşdirilmiş ön kameralı iPhone nə zaman təqdim olunacaq?” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Kosmosa göndərilən teleskop artıq işləyir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button