2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Eks-müsavatçılar mitinqlərdən nələr yazmadı?! – Facebook reportajı

Qurultaydan sonra partiyanı tərk etmiş keçmiş müsavatçılar son mitinqlərə münasibət bildirib.

24saat.org tanınmış sabiq müsavatçıların Feysbuk statuslarında nələri yazdıqlarını təqdim edir

Elbəyi Həsənli: “Referendumla bağlı da Azərbaycan müxalifəti bir araya gələ bilmədi. Milli Şura və AXCP öz oyununu oynadı.

Saytların yığılması Saytlarin yigilmasi
elbeyi
Elbəyi Həsənli

Böyüklüyü başqan seçkisinin güdazına getmiş Müsavat Partiyası Milli Şura və AXCP tərəfindən aldadılmasından dolayı xeyli pərt görünür…

İlham Əliyev bu dəfə də ikiyə bölünmüş müxalifəti məharətlə mat vəziyyətinə saldı. Onlar arasında mövcud olan ziddiyyətlərdən məharətlə istifadə etdi”.

Tural Abbaslı: “Eyni adlar, soyadlar, şüarlar, təşkilatlar müxtəlif problemlər ətrafında insanları küçələrə çağırırlar. 23 illik uğursuzluğu bunların üzərində gəldikdə məlum olur ki, xalq artıq ənənəvi müxalifətə inanmır”.

tural_abbasli
Tural Abbaslı

Samir Kazımlı: “Xeyli sayda insan sual verir ki, ayaq səsləri az da olsa eşidilən bir lider kimi niyə Kiyevdən sonra Varşavada da mitinq keçirmədik.

Açığı mitinq barədə qərar qəbul etmişdik, hətta Varşava meriyasına da məktub göndərmişdik. Sadəcə siyasi qərar olmadı, daha doğrusu onu tapa bilmədik”.

samir-kazimli
Samir Kazımlı

Azər Ayxan: “Müsavat Partiyası Əli Kərimliyə niyə yaltaqlanır? Niyə kompleks yaşayır bu paftiya rəhbərliyi? Başa düşülən deyil. Əli hər dəfə bunların qoltuğuna xorzlarını verib, yola salır, suları süzülə-süzülə gəlirlər qərargahlarına, yenə dərs olmur”.

azer-ayxan
Azər Ayxan

Zaur Əkbər: “Dostlarımızdan biri iki gündür israrla soruşur ki, Zaur bəy, mitinqlərdən mühacirətə getməyə hazırlaşanlar daha çox faydalandı yoxsa cəmiyyət? Mən də ona söz verdim ki, bu sualını burda yayımlayacam, qoy həzarat cavab versin buna”.

zaur_ekber
Zaur Əkbər

 

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button