2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Eks-spiker Rəsul Quliyev ihtihamlara cavab verdi – “Qalıb mübarizə aparmalıydım!”

24saat.org saytı bildirir ki, eks-spiker Rəsul Quliyev facebookda ona ünvanlanan ihtihamlara cavab verib. Cənab Quliyevin fikirlərini təqdim edirik:

“Burada bəziləri mənim xalqı təhqir etdiyimi iddia edir. Bu belə deyildir, çünki mən bəlkədə hamıdan daha çox xalqımı sevirəm. İnsanlar xalqını müəyyənləşdirmir, xalq insanın hansı xalqdan olduğunu müəyyənləşdirir!

Mən bu acı həqiqətləri yazmağımın səbəbi heç vaxt erməni və gürcülərdən aşağıda dayanmaqla barışmamağımdandır. Hər halda istər baş mühəndisin müavini, istər zavod direktoru, istər baş nazirin müavini, istərsə də parlament sədri olanda bu sahələrdə işləyən gürcülər də, ermənilərdə mənimlə məsləhətləşərdilər. Mən onlarla yox!

Saytların yığılması Saytlarin yigilmasi

İndi isə biz dünyada ən aciz xalq kimi tanınırı. Çünki biz köləliklə barışırıq…

Biri sosial mediada aparılan müzakirədə fəxrlə “nə olsun? Fəxr edirəm ki, öz ölkəmin köləsiyəm” fikrini yazmışdı. Cavab olaraq nəzərinizə çatdırıram ki, kölənin vətəni, milliyyəti olmur. Digər biri yazır ki, siz ABŞ-a qaçdınız, Əbülfəz Elçibəy Kələkiyə. Qaçmazdınız mübarizə aparardınız… Diqqətinizə çatdırım ki, rəhmətlik Elçibəyin getməsinin səbəbi sizin kimi hadisələrdən kənarda dayanan “bitərəf” vətəndaşlar oldu. Elçibəyi dəstəkləmək üçün prezident aparatının qarşısına heç 150 nəfər toplanmadı. Və beləcə qiyam yolu ilə milli, xalq hakimiyyəti rahatlıqla süquta uğradı.

Mənim getməyimə gəldikdə isə, etiraf edirəm ki, mən səhv etmişəm. Mən də hesab edirəm ki, qalıb mübarizə aparmalıydım!

Getməyimin əsas səbəbi o, vaxtlar Azərbaycanın tarixini yaxşı bilməməyimlə bağlı idi. Mən azərbaycanlıların köləliyə meyilli olmasına inanmırdım.

Rəhmətlik Əbülfəz Elçibəy döyüşüb hakimiyyətə gəlmişdi, Heydər Əliyevin hakimiyyətə gəlməsində isə Sürət Hüseynov üsyanı faktoru var idi. Cavadovlar da hərbi yolla hakimiyyətə gəlməyə cəhd etmişdilər…

Mən qalıb mübarizə aparmağımın ölkədə hərbi toqquşma ilə nəticələyini bilirdim.

Və mənə belə gəlirdi ki, ölkəmdə birdə belə hadisə (hərbi toqquşma) baş versə bu artıq ənənəyə çevriləcəkdir…

Mən düşünürdüm ki, Əliyevin antixalq siyasəti xalqın narazılığı artacaq və maksimum 1 il ərzində geri dönüb demokratik yolla seçkiləri təşkil edə və əsil xalq hakimiyyətini qura biləcəyəm.

Mən buna hələ də inanıram. İnanıram ki, Azərbaycan xalqı özündə güc tapıb, ona zülm edənlərə həqiqi yerini göstərəcəkdir!”

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button