2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Ekspert: ‘Bahalaşan ərzağa ƏDV ləğv edilməli…’

Ərzaq mallarının bahalaşması, bazarda keyfiyyətsiz malların artması, qanunun aliliyi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu gün (17 oktyabr 2017) medianın aparıcı mövzularındandır…

« KEYFİYYƏTSİZ MALLAR BAZARDA ARTIB»

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov qəzetə mövzunu belə dəyərləndirib:

Saytların yığılması Saytlarin yigilmasi

«Ərzaq məhsullarının bahalaşması ilə bağlı gündəlik olaraq Azad İstehlakçılar Birliyinə zənglər daxil olur. İnsanları daha çox narahat edən odur ki, qiymətlərin artım meyli davam edir. Əgər əvvəllər şikayətlər elə çox deyildisə də, ət və ət məhsullarının son qiymət sıçrayışından sonra zənglərin sayı daha da artıb».

E.Hüseynov deyib ki, Azərbaycanda əhalinin bütün gəlirlərinin yarıdan çoxu ərzaq alınmasına xərclənir. O vurğulayır ki, inkişaf etmiş ölkələrdə bu rəqəm 30 faizi keçmir:

«Daha yaxşı qidalanmaq istəyən vətəndaş bütün başqa ehtiyaclarına qənaət etməyə məcbur olur. Mən inanıram ki, bu meyl ilin sonuna kimi davam edəcək və daha bir neçə belə qiymət sıçrayışı olacaq».

AİB rəhbəri hesab edir ki, daha çox bahalaşan ərzaq mallarına alınan əlavə dəyər vergisinin (ƏDV) ləğvi, gömrük və vergi dərəcələrinin aşağı salınması ilə hökumət bu qiymət artımının qarşısını ala bilər .

E.Hüseynov deyib ki, bununla bağlı Birlik hökumətə sənəd hazırlayır.

Ekspert deyib ki, indi ucuz məhsul dalınca qaçan insanlar onun keyfiyyətinə heç baxmırlar:

«Bununla bağlı olaraq bazarlarda vaxtıkeçmiş məhsullar çoxalıb. Buna görə də vətəndaşların şikayətləri artıb. Məlumat var ki, satışa sənayedə istifadə edilən keyfiyyətsiz yağlar çıxarılır…».

azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button