AZ24SAAT.ORG

 
 
Now Reading:
Ekspert: Dollar krediti götürmüş əhaliyə kompensasiya verilməlidir

İlin əvvəlində Mərkəzi Bankın təşkil etdiyi depozit hərraclarına marağın azalmasına baxmayaraq, banklar yenidən prosesə diqqəti artırıblar. Ötən gün keçirilən depozit hərracında tələb təklifi 4,53 dəfə üstələyib.

Belə ki, hərracda tələb 1 mlrd. 133,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

İqtisadçı-ekspert Samir Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın depozit hərracının keçirilmə intensivliyini azaltması öz təsirini göstərib:

“Hərracda bankların tələbi təklifi beş dəfəyədək üstələyərək tarixi rekord həddə olub və 1 milyard 133 milyon manatı ötüb. Səbəb kreditləşməyə maraqlı olmayan bankların az da olsa, daha etibarlı qazanc mənbəyinə üz tutmasıdır.

Milli valyutanın sabitliyi fonunda hərraclara tələb yüksək olaraq qalacaq və yeni rekordun olmasını da gözəmək olar. Ona görə də Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirməli (məsələn, 6%-ə), depozitin müddətini isə artırmalıdır (14 gündən 1 aya).

Hətta bu da çıxış yolu deyil. Problem fundamentaldır və real sektorda riskin yüksək olaraq qalmasından qaynaqlanır. Hökumət devalvasiya nəticələrinin törətdiyi fəsadları yenidən nəzərdə keçirməli, dollar krediti götürmüş əhaliyə kompensasiya verməlidir”.

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.