2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Ekspert: ‘Görünür SOCAR-ı xilas etmək istəyirlər. Amma bizim üçünmü?..’ (VIDEO)


Dövlət neft şirkəti SOCAR-da idarəetmənin dəyişməsi reallıqda nəyi dəyişəcək. 

Prezidentin fərmanı ilə yanvarın 23-də SOCAR-ın fəaliyyətinə nəzarət üçün Müşahidə Şurası yaradılıb və ona rəhbərliyi, iqtisadiyyat naziri Mikayıl Cabbarov edəcək. 

ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu deyir ki, uzun illərdir ki, qeyri-şəffaf fəaliyyət göstərən, izafi xərclər edən SOCAR-ın maliyyə durumu hazırda olduqca pisdir və şirkət 2023-cü ilə qədər bata bilər: 

Saytların yığılması Saytlarin yigilmasi

“Belə görünür ki, SOCAR-ı xilas etmək istəyirlər. Amma bizim üçünmü? Təbii ki, yox. Bu durumdan istifadə edib, SOCAR-ı özəlləşdirmək, əl dəyişdirmək istəyirlər”.

Qubad İbadoğlu deyir ki, bu gedişlə SOCAR səhmləşdirilərək gələcəkdə siyasi elitanın şəxsi kapitalına çevrilə bilər.

 

“Paşayevlərin supernaziri”?

Bundan əvvəl bir neçə dövlət qurumu və Vergilər Nazirliyi ləğv olunaraq İqtisadiyyat Nazirliyinin tərkibinə veriləndə, Mikayıl Cabbarovun “supernazirə” çevrilməsi hakimiyyət daxilində Paşayevlər kimi tanınan qrupun nüfuz dairəsinin artması kimi təqdim olunmuşdu, amma onda hakimiyyətin mövqeyini müdafiə edənlər bunu inkar etmişdi.

Azərbaycan hakimiyyəti əksinə, korrupsiya ilə ciddi mübarizə apardığını bildirir. 

Qubad İbadoğlu gözləyir ki, bundan sonra SOCAR daha da dəyişəcək, səhmdar cəmiyyətə çevriləcək, hətta rəhbərliyi də dəyişəcək. 

Müşahidə Şurasının səlahiyyətləri sırasında SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək də var.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, bununla da SOCAR-ın prezidenti Rövnəq Abdullayevin səlahiyyətləri əlindən alınır.

SOCAR-ın mətbuat xidməti bu haqda hansısa açıqlama verməyib. 

SOCAR-ın adı indiyə qədər müxtəlif beynəlxalq araşdırmalarda hallanıb.

Prezident İlham Əliyev isə öz sərəncamında şirkətin fəaliyyətini tərifləyib. 

 

“Bu şurada da xalqın səsi olmayacaq”

SOCAR-ın 1992-93-cü illərdə prezidenti olmuş Sabit Bağırov hesab edir ki, Müşahidə Şurasının yaradılması ümumilikdə müsbət addımdır və bu, hökumətin böyük dövlət şirkətlərini özəlləşdirmək tədbirlərinin davamıdır. 

Bununla belə Sabit Bağırov deyir ki, onun rəhbərliyi dövründə də SOCAR-ın Müşahidəsi Şurası vardı, amma orda yalnız hökumət rəsmiləri yox, ictimaiyyətin nümayəndələri də təmsil olunurdu. Amma hazırkı Müşahidə Şurasında yalnız hökumət rəsmiləridir:

“Tarif Şurasında olduğu kimidir. Yalnız hakimiyyət rəsmiləridir, xalqın səsi eşidilmir…” 

 

SOCAR həm də şişirdilmiş işçi sayına, ştatlara, qeyri-səmərəli idarəetməyə görə tənqid olunur. 

Qurumun tərkibində 3 istehsalat birliyi, üç zavod, 23 hüquqi şəxs, dörd qeyri-hüquqi şəxs fəaliyyət göstərir.

Şirkət Azərbaycanın neft qaz yataqlarının istismarı zamanı Azərbaycanı təmsil edir və gəlirləri idarə edir, həm ölkə daxilində, həm də xaricdə neft qaz layihələrində iştirak edir.

 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button