2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ekspert: “İsrail Prezidentinin Azərbaycana səfəri Bakı ilə Təl-Əviv arasında əlaqələrin genişlənməsinin sübutudur”

“İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələr arasında siyasi və diplomatik əlaqələrin genişlənməsindən xəbər verir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman bildirib.

“Birincisi, bu, iki ölkə arasında diplomatik münasibətlər qurulandan sonra ən yüksək səviyyəli səfərlərdən biridir. İkincisi, bu, Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra artan diplomatik fəaliyyətin kulminasiya nöqtəsidir. Daha yüksək səviyyəli görüşlərin, rəsmi səfərlərin və nümayəndə heyətlərinin səfərlərinin sayında artım tendensiyası müşahidə olunur”, – o bildirib.

Ekspertin fikrincə, İsrail Prezidentinin Azərbaycana səfəri təkcə siyasi maraqları deyil, dostluğu simvolizə edir. Bundan başqa, iki dövlət arasında müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın genişlənməsindən xəbər verən bu səfər həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə diqqətdən kənarda qalmayacaq.

“Lakin Təl-Əvivdə yeni açılan səfirliyin fəaliyyəti ilə bu əlaqələrin başqa istiqamətlərdə də genişlənəcəyini güman etmək olar. Bura ticarət, təhsil, müxtəlif xarici siyasət məsələləri üzrə regional koordinasiya və təbii ki, həm neft, həm qaz, həm də bərpa olunan enerji mənbələri üzrə energetika sahəsində daha da sıx əməkdaşlıq daxildir”, – Zukerman qeyd edib. O əlavə edib ki, mədəni fəaliyyətlərin, tələbə və sənaye mübadiləsinin, humanitar sahədə yaxınlaşmanın da artacağını gözləmək olar.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button