2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ekspert: “Medianın İnkişafı Agentliyi və parlament qanunu pozublar”

Bakı/09.12.21 Dekabrın 10-da “Media haqqında” yeni qanun layihəsi parlament komitələrinin müzakirəsinə çıxarılacaq. Sənəd əvvəlcədən ictimai müzakirələrə çıxarılmayıb.

“Yalnız bu gün kütləvi informasiya vasitələrindən xəbər tutduq ki, qanun layihəsi dekabrın 10-da parlament komitələrinin müzakirəsinə çıxarılacaq”, – media hüququ üzrə ekspert Ələsgər Məmmədli Facebook-dakı hesabında şərhdə bildirib.

Məmmədli  diqqəti ona yönəldib ki, 2021-ci ilin yanvarında prezidentin imzaladığı sərəncama əsasən qanun layihəsi 2 ay ərzində hazırlanmalıydı.

Saytların yığılması Saytlarin yigilmasi

“Aprel ayından Medianın İnkişafı Agentliyi onun “üstünlüklərini” təbliğ edir, lakin mətnin özünü ictimaiyyətə təqdim etmirlər. Bir sözlə, qanun layihəsi dövlət sirrindən daha “etibarlı” şəkildə saxlanılır”, – Məmmədli qeyd edib.

Lakin problem hələ ondan ibarətdir ki, Milli Məclis də qanunların pozulmasında Medianın İnkişafı Agentliyi ilə yarışa girir.

Belə ki, Agentlik parlamentə göndərildiyi andan öz İnternet səhifəsində qanun layihəsini dərc etməliydi.

Milli Məclis isə qanun layihəsini daxil olduğu  gündən meclis.gov.az saytında yerləşdirməliydi.

“İnformasiya əldə etmək haqqında” qanunun 29-cu və 30-cu maddələrinin tələbləri belədir.

Sonra Məmmədli həmin maddələrdən sitat gətirir:

29.1. informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır;

29.1. 10. normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan;

30.1. bu qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar İnternet informasiya ehtiyatlarında açıqlanmalıdır.06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button