2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ekspert: Moskva Türkmənistan-Azərbaycan kəmərini bloklamaq niyyətindədir

AzadlıqRadiosunun müxbiri Kris Rikltonun (Chris Rickleton) radionun Türkmən xidməti ilə birlikdə hazırladığı məqalədə deyilir ki, Türkmənistan özünün qaz ixracat marşrutlarını şaxələndirmək üçün yaranmış belə bir əlverişli dövrdə, yenidən Rusiyanın orbitinə qayıtmağa meyllənib.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya artıq bir xeyli vaxtdır ki, Türkmənistandan təbii qaz almır.

İndi Türkmənistanın ən böyük alıcısı Çindir. Çin hazırda Türkmənistandan vaxtilə Rusiyanın aldığından dörd dəfə artıq qaz alır.

Amma əgər Çin özünü enerji ticarətində daha çox biznes partnyoru kimi aparırsa, Moskva böyük bir ehtimalla bu sövdələşmədə siyasi maraqlara malik olacaq.

Bu xüsusilə də indi, Rusiyanın Avropanın qaz bazarından çıxarıldığı bir vaxtda daha da aktualdır.

Londondakı Chatham House analitik mərkəzindən beynəlxalq ekspert Annet Bor (Annette Bohr) AzadlıqRadiosuna deyib:

“Geniş mənada Türkmənistan Avropa İttifaqının qaz bazarına potensial çıxışı ola biləcək yeganə qeyri-Rusiya qaz mənbəyidir. Bu Aİ-nin Rusiya qazından başqa mənbələrə daha ucuz və daha səmərəli keçidinə imkan yaradardı. Lakin Aşqabad aşkar şəkildə Rusiyanın yanına keçməkdə, öz qazının Qərb istiqamətində yönləndirilməsi imkanına arxa çevirməkdədir. Başqa sözlərlə ölkə özünün Rusiya və İran kimi avtoritar silahdaşları birgə addımlamağı və təcrid olunmuş vəziyyətdə qalmasını qoruyub saxlamaq yolunu seçib”.

Gazprom şirkətinin rəhbəri Aleksey Miller fevralın 15-də Aşqabada səfər edərək orada arxadağ Qurbanqulu Berdımuxammedov və onun yenicə taxta əyləşdirilmiş oğlu Serdarla görüşüb. Bu, onun son 6 ayda Türkmənistana ikinci səfəri idi.

Rusiya Türkmənistandan təbii qaz idxalını 2016-cı ildəki sıfırdan 2021-ci ildə 10 milyard kubmetrə çatdırıb. Məqalədə deyilir ki, bu rəqəm 2000-ci illərin ortasında bundan 4 dəfə çox – ilə 40 milyard kubmetr idi. Moskva o vaxt türkmən qazından öz qazını Avropa bazarına çıxarmaq üçün istifadə edirdi.

Hazırkı 10 milyard kubmetr həcminin artırılacağı barədə heç bir bəyanat verilməsə də, Rusiyanın qaz nəhəngi Türkmənistanla qaz əməkdaşlığı barədə müzakirələrin davam etdiriləcəyinə yayğın işarə edib.

Lakin Millerin səfəri Rusiyanın Türkmənistana özünün qaz bazarındakı yerini tarazlamaq yolunda maneə yox, öz aktivi kimi baxdığına dair şayiələri daha da gücləndirib. Miller 2022-ci ilin Rusiya qazı üçün “çox ağır” olduğunu etiraf etmişdi.

Türkmən xidməti Kremlə yaxın teleqram kanallarından birinə istinadən yazır ki, Miller əslində Türkmənistana Moskvanın TransXəzər Kəmərinin (TXK) tikintisinə heç bir vəchlə yol verməyəcəyinin mesajını verib.

Bu kəmərin tikintisi Azərbaycanın Avropa İttifaqına qaz ixracatını inkişaf etdirmək imkanı verə bilər.

“Şərqə baxış” adlı həmin teleqram kanalında deyilir:

“Əvəzində Türkmənistana öz qazını İranın ərazisindən birbaşa Türkiyəyə ixrac etmək imkanı vəd edilib. Bu sxemlə əməkdaşlıq etməklə Türkmənistan Rusiyanın və İranın yaratmaq, Qətərin isə qoşulmaq istədiyi “qaz OPEC-nin” tamhüquqlu üzvünə çevriləcək”.

Gazprom AzadlıqRadiosunun bu barədə sorğusuna hələ ki cavab verməyib.

Öz qazını nəhəng həcmlərlə Xəzərin dibi ilə çəkiləcək kəmərlə nəql etmək niyyətini Türkmənistan azı 25 ildir ki, bəyan edir.

Xəzər dənizinin hüquqi statusu barədə razılaşmanın əldə edilməsi ilə Azərbaycan və Türkmənistan arasında dəniz neft yataqları üstündə mübahisə də müsbət həllini tapıb.

Hətta bundan əvvəllər də Rusiya və İran belə bir layihəyə ətraf mühit mülahizələri ilə mane olacaqlarına işarə etmişdilər.

Lakin TXK Avropa üçün bu qış çox faydalı ola bilərdisə də, Avropanın enerji bazarı bu layihəyə o qədər də üstünlük vermir.

24 saat” “
Ekspert: Moskva Türkmənistan-Azərbaycan kəmərini bloklamaq niyyətindədir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button