2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Ekspert: Qarabağda məğlubiyyət Ermənistan iqtisadiyyatına ziyan vuracaq


Ermənistanın işğalda saxladığı Azərbaycana məxsus yeddi rayonunu, Şuşa şəhəri və Hadrutu itirməsi onun iqtisadiyyatına necə təsir edəcək?

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, Ermənistanın dövlət büdcəsinin bu ərazilərə nəzarəti itirməsi səbəbindən azı 20 faiz – təqribən 500 milyon dollar səviyyəsində itki verəcəyini gözləyir. 

Amma ermənistanlı politoloq Stepan Qrigoryan bununla razılaşmır və deyir ki, həmin əraziləri Ermənistan aktiv istismar etmirdi, sadəcə bufer zona kimi saxlayırdı. 

Saytların yığılması Saytlarin yigilmasi

 

Qızıl yatağı mübahisəlidirmi?

Stepan Qrigoryanın sözlərinə görə, Ermənistan büdcəsinin ən böyük itkisi Azərbaycanla Ermənistanın sərhədində – Kəlbəcərdə yerləşən və Azərbaycanın Söyüdlü, Ermənistanın Zod adlandırdığı qızıl yatağı ilə bağlı ola bilər: 

“Zod yatağı ilə bağlı durum mübahisəlidir. Bunun necə həll ediləcəyi bilinmir. Amma əgər bu yataqla bağlı razılaşa bilməsək, onu nə biz, nə də Azərbaycan istismar edə bilməsə, əlbəttə ki, bunun Ermənistanın dövlət büdcəsinə təsiri olacaq. Çünki bu yataqdan büdcəyə 10 milyonlarla dollar vəsait gəlirdi.”

Kəlbəcərin işğalda olduğu illərdə həmin yatağı indiyə qədər Rusiyanın “Geopromining” şirkəti istismar edib.

1951-ci ildə kəşf olunan bu yatağın qızıl ehtiyatını Azərbaycan alimləri təqribən 112 ton qiymətləndiriirlər. Azərbaycanın Ekologiya Nazirliyi “Turan” agentliyinə bildirib yatağın 74 faizi Azərbaycana məxsusdur. 

Kəlbəcərin azad olunmasından sonra yatağın necə istismar olunacağı bəlli deyil. 

 

Azərbaycanda iqtisadçı alim Qubad İbadoğlu deyir ki, bu qızıl yatağının istismarı ilə məşğul olan “Geopromining” şirkəti Ermənistanda dördüncü ən böyük vergi ödəyicidir. Onun sözlərinə görə, Zəngilanın Vejnəli yatağını da itirmək Ermənistan büdcəsinə müəyyən ziyan vurdu. Qubad İbadoğlu bildirir ki, Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan başqa istehsal müəssisələri də yaratmışdı: 

“Xocavənd rayonu ərazisində qurulmuş butulka zavodu illik 60 min istehsal gücünə malikdir. Onun məhsulları Rusiyaya və başqa ölkələrə ixrac olunurdu. Hadrut rayonu yaxınlığında “Katara” adı altında istehsal olunan bu məhsulun istehsalı yəqin ki, dayanacaq. Təbii ki, Ermənistan və Qarabağın iqtisadiyyatı nubndan yararlana bilirdi”. 

 

Ermənistan Qarabağdan ildə 90 min ton taxıl yığırdı

Prezident İlham Əliyev dekabrın 1-də etdiyi çıxışında deyir ki, Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarında ildə 90 min ton taxıl yığırdı və Ermənistan üçün ərzaq təhlükəsizliyi sualı ortaya çıxa bilər. 

Amma ermənistanlı politoloq Stepan Qrigoryan deyir ki, taxıl sahələrinin itirilməsinin ciddi problem törədəcəyini gözləmir:

“Martuni və Mardakert (Xocavənd və Ağdərə) rayonlarında müəyyən qədər taxıl əkilirdi. Bu, sirr deyil. Bu əkin sahələrinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Bu faktın nə qədər taxıl çatışmazlığı yaradacağı hələ müəyyən olunmayıb. Amma hesab etmirəm ki, o ərazi bütün Ermənistanı əhatə edəcək qədər taxıl istehsal edir”. 

Bu il sentyabrın 27-də başlayıb 44 gün davam edən müharibədə Azərbaycan 90-cı illərdə itirdiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında yeddi rayonu, o cümlədən, Şuşa şəhəri, Hadrud qəsəbəsini geri qaytarıb. Amma hələlik Qarabağda dörd rayon erməni qüvvələrinin və Tusiya sülhməramlılarının nəzarətindədir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button