2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ekspert: Rusiya üçün Türkiyə və Azərbaycan İrandan önəmlidir

Azərbaycanla İran arasında gərginliyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münasibət bildirib. Dünən, oktyabrın 7-də Lavrov deyib ki, Azərbaycanın bu yaxınlarda İranın sərhəd yaxınlığında keçirdiyi təlimlərlə bağlı narahatlığı var.

Kremlin Azərbaycanla İran arasında hazırkı gərginliyə yanaşması nədir? Moskvanın bu məsələlərdə marağı necədir?

Mərkəzi Brüsseldə Avropa Siyasət Mərkəzinin təhlilçisi Amanda Pol AzadlıqRadiosuna deyir ki, Rusiya bölgədə gərginliyin artmasında maraqlı deyil:

Saytların yığılması Saytlarin yigilmasi

“Rusiya sərhəddə gərginliyin artmasını istəmir. Lavrovun bəyanatı da elə gərginliyi soyutmağa yönəlib. Amma Rusiyanın da İrana təsir imkanlarının limiti var. Belə ki, Rusiyanın İranla başqa bölgələrdə də münasibətləri mühümdür. Suriya, Rusiya üçün xüsusilə vacib bir “teatrdır”. İranın Suriyada rolu mühümdür. “Hizbullah”a təsir imkanları və s. baxımından. Odur ki, Rusiya iki ölkə arasındakı münasibətləri çox yaxşı balanslaşdırmalıdır”.

Amanda Pol hesab edir ki, bütün hallarda gərginlik artsa, onun Azərbaycanın və ya İranın yanında birmənalı şəkildə duracağını gözləməyə dəyməz.

Rusiya çalışacaq ki, bu münaqişə gərginləşməsin

İran üzrə başqa bir təhlilçi, Avropa Parlamentində regionda üzrə məsləhətçi Eldar Məmmədov, qurumun yox, öz adından danışaraq deyir ki, Azərbaycanla yaxşı münasibət Rusiya üçün daha mühümdür:

“Rusiyanın siyasəti anti-Qərbdir. Bu baxımdan gəlin baxaq görək, Rusiyanın Cənubi Qafqazda maraqları nədir? Rusiya Türkiyə ilə yaxşı münasibətlər qurmaq istəyir, məqsədi isə NATO-nu zəiflətməkdir. Bu baxımdan Rusiya çox ehtiyatlı davranır ki, Türkiyənin müttəfiqi olan Azərbaycanı incitməsin. İrana gəlincə, Rusiya İranı o qədər də önəmsəmir. Rusiya hesab edir ki, İranın onsuz da gedəcəyi yer yoxdur, onsuz da İran Qərb dövlətləri tərəfindən izolyasiya olunub. Odur ki, Rusiya hesab edir ki, İranın könlünü almaq üçün xüsusi bir addım atmağa ehtiyac yoxdur”.

Ankara Siyasət Mərkəzinin təhlilçisi Orxan Qafarlı isə deyir ki, Rusiya İranın tərəfdaşı olsa da, Cənubi Qafqazı bir növ özünün geopolitik ərazisi hesab edir və bütün hallarda İranın burda fəallaşmasına müsbət baxmır. Onun sözlərinə görə, Rusiya çalışacaq ki, bu münaqişə gərginləşməsin.

İranla Azərbaycan arasında gərginlik son aylar artmağa başlayıb.

Azərbaycan tərəfi bildirir ki, İran Qarabağa qanunsuz yüklər göndərir, bundan başqa, Azərbaycanı, əlində fakt olmadan İsraillə İrana qarşı əməkdaşlıqda ittiham edir.

İran isə bu günlərdə Azərbaycan sərhəddində hərbi təlimlər keçirib və İranın ali dini lideri Ayətulla Əli Xameneyi rəsmiləri Twitterdə Azərbaycan əleyhinə bəyanatlar yayıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button