Now Reading:
Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır”

Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır”

“Sosial şəbəkələr yarananda ilkin olaraq hər kəs təyinatını birqütblü bilirdi. İnsanlar düşünürdülər ki, sosial şəbəkələr halnız mədəni ünsiyyət vasitəsidir. Zaman keçdi, sosial şəbəkələrin əsl yaranma səbəbi də üzə çıxdı. Yaxın Şərqin viran qalması, bir sıra ölkələrdə çevrilişlərin baş verməsi, cəmiyyətlərin deqredasiyası birbaşa sosial şəbəkələr vasitəsi ilə həyata keçirildi”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da eyni prosesi müşahidə etmək mümkündürr: “Neçə illərdir ki, ölkəmizi çökdürməyə çalışan qüvvələr artıq sosial şəbəkələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Artıq dünya sosial şəbəkələri medianın, söz azadlığının əsas elementi kimi qəbul edir. Bu mənada sosial şəbəkələrin ölkəmizdə bağlanması pis mənada ciddi rezonansa səbəb ola bilər. Sadəcə ciddi iş aparılmalı, cəmiyyətə sosial şəbəkələr vasitəsi ilə göndərilən mesajlar ifşa edilməli və əks hücum taktikası qurulmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu (SİA)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.