2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimi

Ektrasens Zirəddin Rzayev MTN çetesinin içində

Zirəddin Rzayev və İlqar Əliyevi birləşdirən ilginc işbirliyi

zireddin
Zirəddin Rzayev

Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məlum olayların təsiri bu qurum ləğv olunduqdan sonra da davam etməkdədir. Son  aylarda ölkə gündəmini zəbt edən “MTN işi” məsələsinin yeni təfərrüatları ortaya çıxmaqda davam edir. Dövlətin bir çox qurumlarına uzanan bu mütəşəkkil dəstənin üzvülərinin bir hissəsi zərərsizləşdirilsə də, dövlətə və xalqa külli miqdarda ziyan vuran Mahmudovçu-Çovdarovçu dəstə ilə birlikdə çalışan onlarla, bəlkə də yüzlərlə şəxslər hələki rahatlıqla əvvəlki işlərini davam etdirməkdədirlər. 24saat.org-un əldə etdiyi bu qəbildən olan məlumatda bir tərəf qalmaqallı MTN polkovniki İlqar Əliyev və məşhur ekstrasens Zirəddin Rzayev, digər tərəfsə s iş adamı və müxtəlif vazifə sahibləridir.

Baş verənlərlə bağlı redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, MTN polkovniki ilə fırıldaqçı ektrasensin “paslaşması” nəticəsində böyük əməliyyatlar qurulub və pullar qazanılıb. Proses isə belə hazırlanıb: “Xüsisi təbliğatla Zirəddin Rzayev məhşurlaşdırıldı və Moskvada yerləşərək əlçatmaz şəxsə çevrildi. Telekanallarda və mediada qlobal məsələlərlə bağlı proqnozlar verən Zirəddinin əsl fəaliyyəti sadə falçılıq idi. Bu falçının isə müştəriləri xüsusi şəxslər olub. Demək Bakıda böyük imkanlara malik şəxslər şəxsi və ya iş həyatında problemlər yarandıqda Zirəddinin qəbuluna düşməyə can atır. Bu istək ortaya çıxan kimi Z.Rzayev əlçatmaza çevrilir və istənilən jurnalistin asanlıqla tapıb müsahibə götürdüyü ektrasens yeni müştəri  üçün çətin ünvana dönür. Bu müddət ərzində isə Bakıya MTN polkovniki İlqar Əliyevə yeni müştərinin adı və telefon nömrəsi ötürülür. Qısa müddətdə həmin iş adamının müfəssəl dosyesi Moskvaya, daha doğrusu ektrasens Zirəddin Rzayevə göndərilir. Beləcə Zirəddin Rzayevə yalnız bu məlumatları xüsusi bər-bəzəklə təqdim etmək qalır.

Vədə tamamında ekstrasensin qəbulunda olan iş adamına bütün problemlərini ən incə məqamına qədər deyən Zirəddin bununla təkcə “ovunu” özünə inandırmır, həm də gələcək üçün daha çox “qurbanı” qaranti etmiş olur. Hər şeyin bu qəqər dəqiq və ətraflı deyilməsindən şoka düşən müştəri “istedadlı ektrasens”dən kömək diləyir. Bundan sonra isə dövriyyəyə Bakıdakı halqa, yəni İlqar Əliyev girir. Z.Rzayevin tövsiyyəsi ilə ödənilən pul müqabilində gizli əl, yəni MTN polkovniki işə qarışır. İşləri düyünə düşən biznesmenin bir anda bütün problemləri həll olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbənin 24 saat.org-a verdiyi məlumata görə ektrasenslə polkovnikin bu ittifaqının hər bir əməliyyatından əldə edilən gəlir kifayət qədər böyük məbləğlərlə ölçülürmüş.

Mövzu ilə əlaqədar ekstarasens Zirəddin Rzayevin mövqeyini dərc etməyə hazırıq…

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button