2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ekvatorial Qvineya, Azərbaycan, Venesuela və Belarusu nə birləşdirir?

Ekvatorial Qvineyanın prezidentinin oğlu və həmçinin ölkənin vitse-prezidentinin müsadirə edilmiş avtomobilləri İsveçrədə hərracda satılıb.

İsveçrə hakimiyyəti avtomobilləri vitse-prezident Teodorin Nguema Obiang-a dair istintaq nəticəsində müsadirə edib.

Onun atası Teodoro Obian Nguema 40 ildir ki, Ekvatorial Qvineyanı idarə edir.

Saytların yığılması Saytlarin yigilmasi

Cənab Obiang-ın maşın kolleksiyasından 25 avtomobil bazar günü Cenevrə şəhəri yaxınlıqdakı golf klubunda hərraca verilib.

Aralarında Lamborghini, Ferrari, Bentley və Rolls Royce markalarından olan avtomobillər, ümumilikdə, təxminən 27 milyon dollara satılıb.

Prokurorlarla əldə edilən razılıq əsasında, bu məbləğdən 23 milyon dollar keçmiş İspan müstəmləkəsi olmuş və hazırda yoxsulluq səviyyəsi böyük olan Ekvatorial Qvineyada sosial layihələrə yatırılacaq.

Maşınlardan “ən nadir və gözə çarpanı” 2014-cü il buraxılışı olan Lamborghini Veneno Roadster avtomobili 8.3 milyon dollara anonim alıcıya satılıb.

Bu məbləğ tarixdə Lamborghini markalı avtomobilə auksionda ödənilən ən yüksək məbləğdir, Britaniyanın Bonhams hərrac evi bildirib.

Saatda ən yüksək sürəti 354 kilometr olan avtomobil Lamborghini-nin təsis olunmasının 50 illik yubileyini qeyd etmək üçün istehsal olunub və satış qiyməti auksiondan əvvəl verilən ehtimaldan 50 faiz daha yüksək olub.

Digər bir avtomobil Aston Martin One-77 Coupe 1.5 milyon dollara satılıb.

Bonhams hərrac şirkətinin mətbuat katibi Lynnie Farrant BBC-yə deyib ki, “bu kimi maşınlar hər hansı bir kolleksiyanın ən dəyərli nümunəsi ola bilər, lakin onların hamısını bir yerdə görmək doğrudan da inanılmazdır”.

Bu Lamborghini Veneno Roadster avtomobili Teodorin Nguema Obiang-ın kolleksiyasında ən nadir maşınlardan biridir
Bahalı maşınlar İsveçrənin Cheserex kəndində auksiona çıxarılıblar. Bu kənd Cenevrə yaxınlığındadır

Xanım Farrant maşınların bütün dünyadan, xüsusilədə Avropadan alıcı cəlb etdiyini deyib.

Maşınların bir neçəsi dubaylı kolleksiyaçı üçün bir təmsilçi tərəfindən alınıb, İsveçrədən olan alıcı Reuter xəbər agentliyinə deyib.

Cənab Obiang-ın maşınlarına əlavə olaraq, Cenevrənin 30 kilometrliyində yerləşən Chesserex kəndindəki golf klubunda keçirilmiş auksionda təxminən 50 başqa avtomobil də satılıb.

1956 Aston Martin Lagonda avtomobili Montreux Jazz Festivalının təşkilatçısı Claude Nobs tərəfindən alınıb.

Teodorin Nguema Obiang kimdir?

Çoxları güman edir ki, cənab Obiang, 1979-cu ildən prezident olan atasının varisi olacaq.

51 yaşlı oğul 2012-ci ildə vitse-prezident təyin olmamışdan əvvəl, atası və kənd təssərüfatı naziri üçün müşavir olub.

O, beynəlxalq mediada ekstravaqant xərcləri və “playboy” həyat tərzinə görə tənqidlərlə üzləşib.

Cənab Obiang sosial şəbəkələrdə təmtəraqlı həyat tərzinə görə tanınır

2004-cu ildə New York Times qəzetində dərc olunmuş məqalə onun “rep musiqisi təşəbbüskarı və yaxşı həyatı sevən, Lamborghini-ləri və Hollywood-la Rio de Janeiro-ya uzun müddətli səyahətləri bəyənən” biri kimi təsvir edib.

İsveçrəli prokurorlar cənab Obiang-a çirkli pulların yuyulması və dövlət vəsaitlərinin sui-istifadəsi ilə bağlı bir istintaq açıblar, lakin istintaq bu ilin fevral ayında dayandırılıb.

Prokurorlar bildiriblər ki, istintaq cənab Obiang-ın maşınlarını sataraq Ekvatorial Qvineyada sosial layihələri maliyyələşdirməklə bağlı razılıq əldə edildikdən sonra dayandırılıb.

2017-ci ildə Fransada bir məhkəmə korrupsiyaya görə ona 3 illik şərti həbs cəzası verib.

Bəs, prezidentləri tərəfindən ailə üzvləri yüksək vəzifələrə təyin edilmiş digər ölkələr hansılardır?

Azərbaycan

Azərbaycanda prezident İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanı vitse-prezident vəzifəsinə təyin edib. İlham Əliyevin özü, atası, sabiq prezident Heydər Əliyev tərəfindən müxtəlif vəzifələrə təyin edilib.

O, oğlunu 1994-cü il, aprelin 30-u Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti vəzifəsinə təyin edib.

2003-cü il avqustun 4-də isə Heydər Əliyev oğlunu Baş nazir təyin edib.

Mehriban Əliyeva

Türkiyə

Türkiyə prezidenti Recep Tayyip Erdoğan kürəkəni Berat Albayrakı 2015-ci ildə Enerji və Təbii Ehtiyatlar naziri təyin edib.

Daha sonra 2018-ci ildə, o, Türkiyənin Xəzinə və Maliyyə naziri təyin edilib. Hazırda bu vəzifədədir.

Berat Albayrak

Tacikistan

Tacikistanın prezidenti Emomali Rahmon oğlu Rustam Emomalini 2017-ci ildə ölkənin paytaxtı, Düşənbənin meri vəzifəsinə təyin edib.

Prezident həmçinin qızı Ozoda Rahmonu prezident aparatının rəhbəri təyin edib.

O, qızı Ozodanın əri Cəmoliddin Nuralizodanı Tacikistan Milli Bankı sədrinin birinci müavini vəzifəsinə təyin edib.

Ozoda Rahmonu

Belarus

Belarusun prezidenti Aleksandr Lukaşenko böyük oğlu Viktor Lukaşenkonu 2005-ci ildə özünə Milli Təhlükəsizlik üzrə müşavir olaraq işə götürüb.

2007-ci ildə isə oğlunu Belarusun Təhlükəsizlik Şurasının üzvü təyin edib.

Viktor Lukaşenko

Venesuela

Venesuelanın prezidenti Nikolas Maduro gənc oğlunu 2013-cü ildə 23 yaşında ikən Respublika Prezidentliyinin Xüsusi Müfəttişləri Korpusunun rəhbəri təyin edib.

Nikolas Maduro Guerra adı ilə tanınan oğul 2017-ci ildə həmçinin Prezident Heyətlərinin və Vitse-Prezidentin Təlimatları üzrə Baş direktor vəzifəsinə təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button