2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

ELÇİBƏY QATİLLƏRİ – SON YAZI

Elçibəy qaşısıalınmaz liderə çevrilmişdi

Azərbaycanda gedən siyasi proseslər Bəyin hakimiyyətə qayıdışını qaçılmaz edirdi. Müəyyən anlaşmalar və şərtlər olmadan isə Elçibəyin hakimiyyətə gəlişi bölgədə superdövlətlərin planlarını alt-üst edə bilərdi. Həm də artıq zaman 92-93-cü illər deyildi, bu dəfə Azərbaycanda milli-demokratik qüvvələri hakimiyyətdən devirmək o qədər də asan olmayacaqdı. Orta da isə çox ciddi planlar var idi. Bu planlar və Elçibəyin bu planlara ciddi əngəllərə çevrilməsini ötəri də olsa təsvir etmək üçün bir biri ilə bağlı iki məqama diqqət yetirmək istərdik. Birincisi, Elçibəyin Türk yürüşündə sərgilədiyi xəritə və bu xəritənin arxasında duran Bütöv Azərbaycan hərəkatıdır. İkincisi isə bu coğrafiyada 2000-ci ildən sonra baş verənlərdir. ABŞ İraqa ordu yeritdi, Türkiyəni İraqın türkmənlər yaşayan vilayətindən kənarlaşdırdı, bölgədə kürd separatizmini gücləndirdi, Türkiyədə yeni siyasi düzən yaratdı və nəhayət İranla bağlı məsələdə Azərbaycan türklərinin milli haqqı tamamilə arxa plana keçirildi.

Elçibəy qatilləri – ARAŞDIRMA

 Bəli, ortada Türk xofu var idi və bu xofdan qurtulmağın yolu Elçibəyin bəlli şərtləri qəbul etməsi idi. Bəyin bu təklifə cavabını isə ötən sayımızda yazmışdıq: “Məni
heç kim qul edə bilməz”. Belə olan halda yeganə yol kimi Elçibəyin özünün aradan götürülməsi qalırdı. Ortada əməlli başlı sui-qəsd planı var idi.

Bu Türk hərəkatında yeganə sui-qəsd deyildi

Saytların yığılması Saytlarin yigilmasi

Bundan öncə Türkiyənin 8-ci prezidenti Turqut Özal eyni planın qurbanı olmuşdu. Bir zamanlar ehtimal və şayiə halında olan bu fikir artıq rəsmi şəxslər və mərhum
prezidentin ailə üzvləri tərəfindən ittiham kimi səslənməkdədir. Məsələn, Türkiyənin ədliyyə naziri Sadullah Ergin sabiq baş nazir Turqut Özalın ölümünü
sui-qəsdlə bağlayır. Onun sözlərinə görə, Kənan Evrənin istefasından sonra Turqut Özalın hökumət başçısı seçilməsi bir sıra qaranlıq qüvvələri rahatsız etmişdi. Özala sui-qəsd məlumatını Türkiyənin polis əks-kəşfiyyatı idarəsinin keçmiş rəisi Bülənt Orakoğlu da təsdiləmişdi: “Özala qarşı sui-qəsdi təşkil edən Türkiyənin yüksək rütbəli
dövlət məmurudur: Mən bu adamın adını da bilirəm”.

Turqut Özalın oğlu Əhməd Özal da atasının öldürüldüyü qənaətindədir: “Atam ölkədə vəziyyət qarışmasın deyə bu adları açıqlamadı. Bu adların hamısı Təhlükəsizlik
və MİT-in arxivlərində var. Arxivlər açılsın hər şey aydın olacaq”.

Xatırladaq ki, Türkiyənin eks-prezidenti Turqut Özal Orta Asiyaya və Azərbaycana səfərdən döndükdən az sonra dünyasını dəyişmişdi. O zaman Bakıda iki türk prezidentinin Elçibəyin və Özalın bir araya gəlməsi bir çox dairələri narahat etmişdi.

Turqut Özalın ölümü ilə bağlı bir faktı da qeyd edək ki, rəsmi məlumatlarda onun ürək xəstəliyindən əziyyət çəkdiyi və səbəbdən də dünyasını dəyişdiyi bildirilir.
Amma yaxınlarının müsahibələrində və xatirələrində mərhum prezident öldüyü vaxt ağzının köpükləndiyi deyilir, amma ürək xəstələrində belə bir hal müşahidə
olunmur. Bu sadəcə zəhərlənmənin nəticəsidir…

Özaldan fərqli olaraq Elçibəy haqda susurlar

Son gününə qədər Gülhənə Hərbi Qospitalında Əbülfəz Elçibəyin yanında olan şəxslər qəzetimizə açılamalar veriblər. Əbülfəz Elçibəyin köməkçisi Əli Mürsəloğlu
deyib ki, bəyin ölümü ilə bağlı irəli sürülən şübhələr boş şeydir: “Mən son gününə qədər Əbülfəz Elçibəyin yanında olmuşam. Əli Mürsəloğlu əlavə edib ki,
Elçibəyin ölümündə şübhəli məqamlar axtarmağa dəyməz: Onun zəhərlənməsinə dair deyilənləri də ciddi qəbul etmirəm.

Elçibəylə birlikdə Gülhanə Hərbi Qospitalına gedən Bəşir Həsənoğlu isə deyib ki, bu barədə telefon söhbəti ilə nəyisə danışıb həll etmək olmaz: “Bu barədə üz-üzə
oturub danışmaq lazımdır”.

Bu barədə Bəyin 5 müraciəti var. Bu müraciətlər mən onun yanına – Ankara Dövlət Xəstəxanasına gedənə qədər yazılmışdı. Onları mənə verdi və səlahiyyət də verdi
ki, bunların üzərində nəsə etmək, işləmək olar. İki adamda idi bu müraciətlər.
Gəldim gördüm ki, o biri adam müraciəti dəyişir. Dedim adam bizə hörmət edib, etimad göstərib, bu müraciətləri verib. Burada heç nəyi dəyişmək olmaz. Dedi
burda cümlə belə… Dedim olmaz. Biz kimik onu redaktə edək. Orada olan söhbətlərimiz də yazılıb. Bu barədə yəqin ki, Türkiyə tərəfi illər sonra
sənədli film hazırlayacaq. Orda hər şeyi çəkirdilər, mən bunu görməsəm də əminəm. Çəkiliş olmasa, deməli o MİT MİT deyil. Mən əminəm ki, o filmdə hər şey olacaq.

Elçibəy qatilləri – MƏNİ HEÇ KIM QUL EDƏ BILMƏZ 

Ankara Dövlət Xəstəxanasında Əbülfəz Elçibəyi müayinə və müalicə etmiş doktor Cankon bəy müxbirimizə bildirdi ki, keçmiş prezident Türkiyəyə gətirilərkən vəziyyəti
ağır olub: Biz onu müayinə etdik və bəlli oldu ki, xəstəni çox gecikdiriblər. Elçibəydə prostat vəzinin xərçəngi xəstəliyi aşkar olundu. Xəstəlik ölüm həddinə qədər inkişaf etmişdi. Elə bir vəziyyətdə idi ki, hətta bir neçə ay da saxlamaq mümkün deyildi.

Doktor Cankon onu da bildirdi ki, Əbülfəz Elçibəyin müalicə və müayinəsi Türkiyənin o zamankı səhiyyə naziri Osman Durmuşun birbaşa nəzarəti altında olub:
Mərhum Əbülfəz Elçibəyin ölümü ilə bağlı Azərbaycanda hansısa şübhələr, suallar yaranıbsa, Osman Durmuşla danışıb daha müfəssəl bilgilər ala bilərsiniz.

Elçibəy qatilləri – Ölümündən üç ay öncə ABŞ-da Elçibəydən nə istənilib?

Əbülfəz Elçibəyin Türkiyədə mühafizəsinə başçılıq etmiş polis zabiti Çağrı Hakanla (ad şərtidir) əlaqə yaratdıq. Çağrı bəy də keçmiş prezidentin kəskin prostat
xərçəngindən vəfat etdiyini söylədi: rəhmətlik Əbülfəz bəyin Türkiyəyə gəldiyi gündən ömrünün son anınadək yanında olmuşam. Onu müayinə və müalicə
edən həkim ekipinin (briqadasının) yanında olmuşam. Laborator tibbi analizlər götürülmüşdü və həkimlər dəhşətə gəlmişdi ki, xərçəng bütün daxili orqanlarını
sarıb. Belə vəziyyətdə olan xəstəni həyatda saxlamaq mümkün deyildi.

Ç.Hakan onu da dedi ki, onda Əbülfəz Elçibəyin səhhətində problemlərin 1997-ci ildə – Kələkidən Bakıya döndükdən sonra baş qaldırdığı haqda məlumatlar hələ bəyin
sağlığında olub: Bəy 4 il Kələkidə yaşamaq məcburiyyətində qaldı. 1997-ci ildə Bakıya döndükdən sonra səhhətində nasazlıqlar müşahidə olunub. Bakıda həkimlər
onun prostatında problemlər olduğunu söyləsələr də, ciddi önəmsəməyiblər.
Əbülfəz bəy də buna ciddi əhəmiyyət verməyib. Tərs kimi Əbülfəz bəyin barəsində o dövrdə iki il ərzində ölkə xaricinə çıxmamaq barədə məhkəmə yasağı da qoyulub. Buna görə də o, müayinə və müalicə üçün vaxtında Türkiyəyə gələ bilməyib. Yasaq başa çatdıqdan sonra Türkiyəyə gəlib. Lakin təəssüf ki, artıq gec idi. Xəstəlik güclənmişdi…

Nəsimi Şərəfxanl, xüsusi olaraq 24saat.org üçün

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button