2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Elçibəydən nümunə götürülməlidir…

Fikrət Cəfərli,
Keçmiş siyasi məhbus

Avtoritar rejimlərdə mitinq siyasi aksiya forması olaraq həmişə öz aktuallığını qoruyub saxlayır və nə qədər ki ölkədə siyasi hüquqpozmaları var, mitinqqlər də etiraz forması kimi həmişə populyar olaraq qalacaq.

Yaxşı olardı ki, avtoritar dediyimiz o rejimin nələrə qadir olduğunu, imkanlarını nəzərə alıb, mitinq xətrinə mitinq keçirtmək yox, öncə bütün müxalif siyasi qüvvələri təklif olunan mitinqin təşkilatçılıq prosesinə cəlbolunma imkanlarını tələsmədən nəzərdən keçirib qərar verilə…

Saytların yığılması Saytlarin yigilmasi

Müasir Azərbaycanın siyasi tarixində olan müsbət məqamlardan istənilən siyasi lider nümunə götürməkdə eqoizmlik, yekəxanalıq etməməli və cəmiyyətin mənafeyini də nəzərə almalıdır.

Azərbaycanın eks-prezidenti ölməz Əbülfəz Elçibəyin 1993-cü ildə hakimiyyətdən getməsi, 1997-ci ildə yenidən siyasi səhnəyə qaydışı, etdiyi ilk revanş bütün cəmiyyətin, liderlərin gözü özündə olub.

Onun ölmüş cəmiyyətin müqavimət hissini qaldırmaq üçün ilk atdığı addımlar nədən ibarət oldu? 1993-cü ildə onun başçılıq etdiyi milli hakimiyyətin devrilməsində rolu olan, lakin 1997-ci ildə heç bir tərəfdarı olmayan siyasi liderlərlə bərabərhüquqlu əməkdaşlığa belə getdi və hamısını bir mərkəzə topladı.

Onları ona görə vahid mərkəzə toplamırdı ki, onlara özünün və millətin sevgisi var. Yox, əsla. Onları ona görə bir mərkəzə yığdı ki, onlardan qarşı-qarşıya dayandığı qüvvə istifadə edə bilməsin və istifadə etdiyi halda belə, ümumi proseslərə təsir imkanlarını itirmiş olsunlar.

Ona görə də mitinqə icazə almadan öncə ümummüxalifət mitinqinin keçirilməsinə nail olmaq lazımdır.

arqument.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button