2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Elçibəyin köməkçisindən Nemət Pənahlıya cavabı verilməyəcək suallar

Ya zəlzələdən, ya vəlvələdən, iş belə gətirib ki, ildə bir neçə dəfə mərhum prezident Əbülfəz Elçibəyin adı gündəmə gətirilir, müzakirə olunur. Daha doğrusu, ünvanına ittihamlar yağdırılır. Bu il də istisna deyil. Qarabağ münaqişəsi ətrafında gedən danışıqların, işğal olunmuş torpaqların, nəhayət, qayıdacağını gözləyən vətəndaşların suallarının, H.Əliyevin heykəlinin üzərinə şüar yazdıqları ehtimal olunan gənclərin həbsi fonunda Elçibəy mövzusu yenə “meydandadır”. Bir tərəfdə Nemət Pənahlı, o biri tərəfdə İlham İsmayıl sosial şəbəkələrdə, saytlarda yazırlar, yazırlar. Təbii ki, Elçibəyin silahdaşları bu ittihamları cavabsız qoymurlar. Onlardan biri, Ə.Elçibəyin köməkçisi olmuş, son anına qədər onun yanından ayrılmamış Oqtay Qasımovun facebook səhifəsində Nemət Pənahlıya ünvanladığı suallar diqqətimizi cəlb etdi və həmin sualları media vasitəsilə ona çatdırmaq istədik.

1. 1988-ci ilin 4 dekabr gecəsi meydan rus ordusu tərəfindən dağıdılanda insanları buraxıb kimin maşınında meydandan qaçdın?

2. “Zindandan şeirlər” adlanan cızmaqaraları İrandamı, yoxsa təhqir etdiyin adamın yaxınlarının səni gizlədib qulluğunda durduqları Ordubaddami yazdın?  Yaddan çıxarma, o adamların haqqı və verdikləri çörək səni tutar.

Saytların yığılması Saytlarin yigilmasi

3. Gəncə qiyamı vaxtı Azərbaycan dövlətinə xəyanət edib, Surətin yanına gedib qəbuluna düşmək üçün saqqalını niyə qırxdın?

4. 1996-cı ilın payızında Kələkiyə elçi göndərib Elçibəyin liderliyini etiraf və əməkdaşlıq təklif edən kim idi?

 

Sən nə çalırsan çal, mən HEYVAGÜLÜ oynayacam (Ə.Elçibəy 1992-ci il).
Bu ilki Elçibəyi təftiş mövsümü (sezonu) başladı….

Oktay Qasımov tarafından gönderildi 12 Mayıs 2016 Perşembe

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button