2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Elçibəyin qardaşı – “Mən heç böyüklərə ağız açmamışam, o ki qaldı Nemət Pənahlı ola”

 

“Mənim ondan nə isə xahiş etdiyimlə bağlı deyilənlər tamamilə yalandır”

Meydan hərəkatının aktiv iştirakçılarından olan Nemət Pənahlı “Qaynar Qazan”a açıqlamasında milli azadlıq hərəkatının lideri, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə bağlı maraqlı fikirlər səsləndirib. N.Pənahlının sözlərinə görə, Ə.Elçibəy onunla barışmağa səy göstərsə də o, hər zaman mərhum prezidentin bu səylərinə qarşılıq verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

N.Pənahlının bildirdiyinə görə, Ə.Elçibəy barışıq qarşılığında ona vitse-prezident vəzifəsi belə təklif edib və bir sıra adamları, o cümlədən qardaşını bu təkliflə onun yanına göndərib.

N.Pənahlının məlum iddiasına münasibət öyrənmək məqsədi ilə 24saat.org olaraq Ə.Elçibəyin qardaşı Almurad Əliyevlə əlaqə saxladıq. A.Əliyev N.Pənahlının səsləndirdiyi fikirlərin cəfəngiyyat olduğunu vurğuladı:

“Mənim N.Pənahlının yanına getməyim, ondan nə isə xahiş etməyim və ya kiminsə xahişini çatdırmağımla bağlı deyilənlər tamamilə yalandır. Belə bir şey əsla baş verməyib. Mən heç böyüklərə ağız açmamışam, o ki qaldı Nemət Pənahlı ola. N.Pənahlının dedikləri cəfəngiyyatdan başqa bir şey deyil”.

 Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button