Loading...
Loading...
24 saat

Elçin İsmayıllı apellyasiya şikayəti verib

Oktyabrın 5-də Şəki Ağır Cinayətlər Məhkəməsinin jurnalist Elçin İsmayıllı barəsindəki hökmündən apellyasiya şikayəti verilib.

Vəkil Elçin Sadıqov facebook səhifəsində yazıb ki, apellyasiya şikayətində apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılmasını, hökmün ləğv edilməsini, Elçin İsmayıllıya bəraət verilməsini, Elçin İsmayıllının “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ), 10-cu (Fikri ifadə etmək azadlığı) və 18-ci (Hüquqlardan sui-istifadənin qadağan olunması) maddələrində təsbit olunmuş hüquqlarının pozulmasının tanınması tələb edilib.

Bu il sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsi hakim Rəşid Hüseynovun sədrliyi ilə jurnalist Elçin İsmayıllı 9 il azadlıqdan məhrum edib.

E.İsmayıllının vəkilləri hökmün əsassız olduğunu, ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyib.

Azadliq.info

 

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button