2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Elçin Sadıqov və Əvəz Zeynallı ilə bağlı prezidentə müraciət olundu

Yayımlandı: 11 Sentyabr 2022 15:44

Ədalət Naminə Həmrəylik Komitəsinə daxil olan bir qrup hüquq müdafiəçisi və jurnalist Prezident İlham Əliyevə müraciət edərək jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun qətimkan tədbirinin dəyişdirilməsinə yardım etmək çağırışı ilə müraciət edib.

Məlumatı “Turan” yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Müraciətdə öncə Binəqədi Rayon Məhkəməsinin Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək sentyabrın 11-də Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi xatırlanır.

Daha sonra bildirilir ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqov isə 311 və 32.5 (rüşvət almağa köməklik) maddəsi ilə ittiham olunur.

Müdafiə tərəfi iddia edir ki, prokurorluq xəbərlərə və mediaya əsaslanaraq cinayət təqibi başlayıb və işdə konkret şikayətçi yoxdur.

Hüquq müdafiəçiləri. Foto: Turan

Sadıqov və Zeynallı ittihamları rədd edir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

“Yuxarıda deyilənlər bizdə bir sıra suallar yaradır və hesab edirik ki, Zeynallı və Sadıqov barəsində seçilmiş həbs-qətimkan tədbiri həddindən artıqdır və qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərinə ziddir”, – müraciətdə qeyd olunur.

“Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, Zeynallının 311.3.3 maddəsi ilə ittiham olunur. Maddə hakimiyyət nümayəndəsinin  məsuliyyətini nəzərdə tutur. Amma Sadıqov kimi o da hakimiyyət nümayəndəsi deyil”, – hüquq müdafiəçiləri vurğulayıb.

Müraciətdə o da deyilir ki, ittihamların irəli sürülməsinə KİV vasitəsilə təşəbbüs edilib və sonradan bu fakt ictimai rəyə və dövlət orqanlarının qərar qəbul etməsinə təzyiq göstərib:

“Zeynallı və Sadıqovun tanınmış ictimai xadimlər, öz sahəsinin peşəkarları, hörmətə layiq, müstəqil Azərbaycanın təşəkkülü üçün çoxlu işlər görmüş şəxslər olduğunu nəzərə almamaq da mümkün deyil.
Zeynallı və Sadıqov onları gözdən salmaq, araşdırma aparmaq kampaniyası başlayandan nə cəmiyyətin, nə də istintaqın suallarından yayınmayıblar”.

Komitə üzvləri  onların həbsini həddindən artıq və əsassız tədbir kimi qiymətləndirir:

“Bununla əlaqədar olaraq, qətimkan tədbirinin dəyişdirilməsinə və baş verənlərin şəffaf və ədalətli araşdırılmasına köməklik göstərməyinizi xahiş edirik”.

Müraciəti Ədalət Naminə Həmrəylik Komitəsinin üzvləri Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Hilal Məmmədov, Elçin Həsənzadə, Sevinc Sadıqova və Mehman Əliyev imzalayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button