Loading...
Loading...
Cəmiyyət

“Elçin Sadıqovun həbsi müstəqil vəkilərə daha bir zərbədir” – hüquq müdafiəçiləri

Siyasi Məhbusların Monitorinq Mərkəzi vəkil-hüquq müdafiəçisi Elçin Sadıqovun həbsini pisləyən bəyanat yayıb.

“Azərbaycanda hüquq müdafiə sahəsində ixtisaslaşan hüquqşünasların vəkillikdən planauyğun şəkildə kənarlaşdırılması prosesi gedir. Son illər bir çox siyasi məhbusları müdafiə etməkdən çəkinməyən məşhur hüquqşünaslar, xüsusən Xalid Bağırov, Əlaif Həsənov, Yalçın İmanov, Elçin Namazov Vəkillər Kollegiyasından xaric edilib. Bəziləri repressiyalardan qorxaraq ölkəni tərk etmək məcburiyyətində qalıb.

Siyasi məhbusları müdafiə edən son vəkillərdən biri olan Elçin Sadıqova gəlincə, hakimiyyət daha da irəli gedib və onu həbs edib, bu da, şübhəsiz ki, onun peşə fəaliyyəti ilə əlaqədardır”, deyə Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

Beləliklə, ölkədə ardıcıl olaraq vətəndaşların keyfiyyətli hüquqi müdafiədən məhrum edilməsi prosesi gedir.

“İnsanlar faktiki olaraq seçdikləri vəkildən hüquqi yardım almaq imkanından məhrum edilir. Vətəndaşlar hakimiyyətin nəzarəti altında olan Vəkillər Kollegiyasının rəhbərliyinə loyal olan vəkillərin xidmətlərindən istifadə etməyə məcbur edilir. “Putin Rusiyasında” belə vəkillərə qarşı belə radikal təzyiq yoxdur”, deyə Həsənov sözünə davam edib.

Siyasi Məhbusların Monitorinq Mərkəzi vəkil Elçin Sadıqovun həbsdən azad edilməsini, onun səlahiyyətlərinin bərpa edilməsini və bütünlükdə müstəqil hüquqşünaslara qarşı repressiyalara son qoyulmasını tələb edir.

* Siyasi Məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən təsis edilib. (Turan)

24 saat” ““Elçin Sadıqovun həbsi müstəqil vəkilərə daha bir zərbədir” – hüquq müdafiəçiləri” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ziyad Səmədzadəyə ağır ittiham: 8 milyon ona çatıb...

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button