2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Elçin Sadıqovun məhkəməsi təxirə salındı

Yayımlandı: 15 Sentyabr 2022 22:11

Vəkilin istintaqa aparıldığı bildirildi

Sentyabrın 15-də Bakı Apelyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun haqqındakı həbs qərarından verilmiş şikayətə baxılmalıydı. Bu məsələ Zəki Babayevin sədrlik etdiyi hakimlər kollegiyasına həvalə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkillər məhkəməyə gəlsə də, məlum olub ki, Elçin Sadıqovun özü gətirilməyib. Vəkillərə bildirilib ki, istintaq hərəkətlərilə əlaqədar Elçin Sadıqov Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb.

O da məlum olub ki, Elçin Sadıqovla eyni cinayət işi üzrə təqsirləndirilən “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı da prokurorluğa aparılıb. Amma istintaq hərəkətlərinin nədən ibarət olduğu barədə məlumat verilməyib.

Elçin Sadıqov və Əvəz Zeynallının işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılsa da, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Hər ikisi sentyabrın 10-da saxlanılıb. Əvəz Zeynallı “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün rüşvət almaqda ittiham olunur. Rasim Məmmədovun vəkili olan Elçin Sadıqova isə rüşvət prosesində vasitəçilik etmə ittihamı verilib.

Onların heç biri özünü təqsirli bilmir. Əvəz Zeynallı rüşvət almadığını, şərlənib həbs olunduğunu deyir.
Vəkil Elçin Sadıqov peşə fəaliyyətinə görə həbs olunduğunu bildirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəallara vəkillik etməsidir və bu fəaliyyətinə görə cəzalandırılır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button