Now Reading:
Elçin Şıxlı: Bu tədbir Azərbaycan jurnalistlərinin qurultayı deyil

Mehman Əliyev deyir ki, şuranın saytında hesabatlar yer almır.

“Qurultayda qəzetlərin səlahiyyətli nümayəndələri kim olacaq, bunlar barədə saytda heç bir məlumat yoxdur. Bu, şuranın hansı vəziyyətdə olduğunu göstərir. Qurultayda statistik hesabat veriləcək, filan qədər qəzet çıxır və bu, tədbirin formal xarakter daşıdığını göstərir”.

Azərbaycan jurnalistikasının hökumət qarşısında dili qısadır

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Meydan TV-yə deyib ki, Mətbuat Şurası ilə münasibətlərinə 2008-ci ildən son qoyulub.
Həmin vaxt şura indiki prezidentdən qabağa düşərək sədrin səlahiyyətlərini uzadaraq və bununla Azərbaycan jurnalistikasını hökumətin qarşısında “dili gödək” etdi”.

Arif Əliyev VII qurultayı “növbəti il mərasimi” kimi xarakterizə edib:

“Ona görə deyirəm ki, molla hansı istiqamədə yönəltsə, həmin istiqamətdə növbəti qərar çıxaracaq. Bu, sırf siyasi planların xırda bir əlavəsidir və bundan başqa heç nə gözləməyin. Çünki orda iradəli kimsə yoxdur”.

Arif Əliyevin qurultayın 11 aprel növbədənkənar prezident seçkisi ilə bağlı olmasını da mümkün hesab edir.

Tədbiri Azərbaycan jurnalistlərinin qurultayı adlandırmaq səhvdir

“Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı tədbirə dəvət almadığını bildirib.

Baş redaktor hesab edir ki, tədbiri Azərbaycan jurnalistlərinin qurultayı adlandırmaq səhvdir, çünki bu, Mətbuat Şurasının qurultayıdır.

“Mətbuat Şurası ancaq çap mediasına baxır, elektron KİV kənarda qalıb. Azərbaycanda jurnalistlərin birinci qurultayı 1959-cu ildə keçirilib”.

Elçin Şıxlı Mətbuat Şurasının üzvü olmadığını deyib:

“Qəzeti bağlayanda şuradan çıxmağım haqda bəyanat verdim. Ona görə üzvü olmadığım qurumun tədbiri barədə heç nə gözləmirəm və dəvət də almamışam”.

Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir.

Şuraya rəhbərlik sədr tərəfindən aparılır. Şura sədrinin 2 müavini var. Onlardan biri jurnalistləri, digəri ictimaiyyət nümayəndələrini təmsil edir. Sədr müavinləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyaya rəhbərlik edirlər. Şuranın qərarları İdarə Heyətinin iclaslarında kollegial şəkildə qəbul olunur.

MŞ İdarə Heyəti 17 əsas və 5 ehtiyat üzvdən ibarətdir. Əsas üzvlərdən 8-i jurnalistləri, 6-ı ictimaiyyəti, 3-ü internet resursları təmsil edir. 5 ehtiyat üzvdən 2-i ictimaiyyətdən, 2-i jurnalistlərdən, 1-i isə internet resurslardandır.

2008-ci ilə qədər şuranın sədri iki dəfədən artıq seçilə biməzdisə, qurumun nizamnaməsinə edilən dəyişikliklər nəticəsində bu məhdudiyyət aradan qaldırılıb. Mətbuat Şurası yaranandan indiyə qədər onun sədri Əflatun Amaşovdur.

meydan.tv

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.