2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasətXəbərlər

Elçin Şıxlı: “Ölkənin iqtisadiyyatı tənəzzül edib, camaat acından ölür..”

24saat.org “Ayna-Zerkola” qəzetinin baş redaktoru, siyasi analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edir:
– Elçin bəy, hazırda hamının diqqəti Koreya yarımadasına istiqamətlənib, dünya nüvə müharibəsi haqqında danışır. Siz məsələyə necə baxırsınız?
– Söhbət ondan gedir ki, Şimali Koreya kimi despot bir rejimin əlində nüvə silahı var. Bundan başqa heç nə baş vermir. Təsəvvürünüzə gətirin ki, Pxenyandan çıxan xəbərlərə, rus jurnalistlərinin çəkə bildikləri reportajlara baxanda normal adamın tükləri biz-biz durur. O mənadakı ki, Şimali Koreyada insanlar necə yaşayır və belə düşüncə ilə necə yaşamaq mümkündür. Şimali Koreyanın liderinin hərəkət və addımlarına baxanda belə təəssürat yaranır ki, bu adam normal insana oxşamır. Yəni sabit düşüncəli, sistematik şəxsə, ölkə idarə edən siyasətçiyə oxşamır. Üstəlik belə birinin əlində nüvə silahı var. Əsas problem budur. Dünya da ehtiyat edir. Nəzərə almaq lazımdır ki, nüvə silahına malik olan ölkələr sabitdir və bəllidir ki, nüvə silahından heç kəs istifadə etməyəcək. Amma Şimali Koreya liderinin nüvə silahından istifadə edib-etməyəcəyi məsələsində əminlik yoxdur. Əgər əminlik olsaydı bəlkə də durumu bu qədər açıb-ağartmazdılar.

 
– Şimali Koreya nüvə silahını necə əldə etdi, indiki hərbi gücünə necə gəlib çatıb?
– Əslində nüvə silahı olmaq güc demək deyil. Çünki əhalisi acından qırılır. SSRİ dövrünün müəyyən zamanlarında bizdə elə yaşamışıq. SSRİ-nin nüvə silahı var idi, amma dükanlarda yağ, ət talonla verilirdi, bəzi məhsulları əlində çıraqla axtarırdın. Əlində dəyənək olana güclü deməzlər. Şimali Koreyanın nüvə silahını necə əldə etməsi haqda bir söz deyə bilmərəm. Konkret düşünəndə ki, ölkənin iqtisadiyyatı tənəzzül edib, camaat acından ölür, pul vahidi azdır. Bütün bunların müqabilində düşünürsən ki, belə olduğu təqdirdə nüvə silahı nəyə lazımdır? Belə görünür ki, Pxenyanın nəyi varsa hamısını nüvə texnologiyasına qoyub. Başqa sözlə, insanların qarnını doydurmaq, iqtisadiyyatı inkişaf etdirmək əvəzinə, ancaq nüvə silahı yaratmaq işi ilə məşğul olub. Amma Cənubi Koreyanın nüvə silahı yoxdur, əvəzində iqtisadiyyatı sürətlə irəliləyən bir ölkədir. Dünyanı götürdükdə, Azərbaycanda daxil olmaqla əhalinin yarısı Koreya istehsalı olan avtomobil idarə edir. Güclülük budur.

 
– Bəzi mütəxəssislər iddia edir ki, zamanında Şimali Koreyaya nüvə texnologiyasını SSRİ satıb…
– Prinsipcə ola bilər. İkincisi, indi nüvə texnologiyasının yenidən kəşf etməyə ehtiyac yoxdur. Nüvə texnologiyası kəşf edilib, bunu necə düzəltməyin yolları da bəllidir. Gözümüzün qarşısında İran var. İranı günahlandırırdılar ki, aktivləşdirilən uranı nüvə silahı yaratmaq məqsədilə toplayır. Görünür nüvə texnologiyası proqramını necə qurmağın lazım olduğunu hər kəs bilir. Sadəcə olaraq onun komponentlərini əldə etmək və onu yarada biləcək potensialı əldə etmək lazımdır. İran böyük ölkədir və onun siyasi iddiaları güclüdür, bölgədə nüfuz təsirini yeridə bilən ölkədir, həm də unutmayaq ki, müsəlman ölkəsidir və buna görə də, ona ciddi diqqət var. Amma Şimali Koreyaya o qədər diqqət yetirilməyib. Pxenyan da başını aşağı salaraq iqtisadiyyatı düzəltmək yerinə diqqəti nüvə proqramlarına yönəldib. Unutmayaq ki, Şimali Koreyaya rahatlıqla ancaq Rusiya jurnalistləri gedə bilir. Kim bilir, bəlkə də Pxenyana bu məsələdə Rusiyanın və ya keçmiş SSRİ-nin dəstəyi olub. Sadəcə əlimdə konkret fakt olmadığı üçün bunu demək doğru deyil. Amma müəyyən ehtimallar irəli sürmək olar ki, mütəxəssislər ora gəlib və ya aktivləşdirilmiş uran verilib və s. Hər halda komponentlərdən hansınınsa əldə edilməsi üçün Şimali Koreyaya köməklik göstərilib. Əsasən belə işlərlə SSRİ və Rusiya məşğul olur.

Saytların yığılması Saytlarin yigilmasi

 
– Dünya 1945-cı ildən sonra ikinci dəfə nüvə müharibəsinin şahidi olacaqmı?
– Mən düşünmürəm ki, Koreya yarımadasında nüvə müharibəsi baş versin. Çünki bunun üçün gərək dəli olasan. Yüz faiz deyil, min faiz dəli olmaq lazımdır.

 
– Ancaq ABŞ hərbi qüvvələrini məhz Koreya yarımadasında cəmləşdirir…
– Bu bir növ hədə-qorxu gəlməkdir. Düşünmürəm ki, nüvə müharibəsi baş versin. Əgər belə bir şey olsaydı ABŞ prosesə yaxın durmazdı. Çünki bu həm də özünü məhv etmək deməkdir. Sadəcə Pxenyana hədə-qorxu gəlirlər ki, sakit otur, ölkə daxilində nə edirsən, et, amma ətrafdakılara zor nümayişi etdirmə və təhdid eləmə. Əgər nüvə müharibəsi baş versə hesab edin ki, biz yoxuq.

 
– Ancaq tarix göstərir ki, zamanında ABŞ nüvə silahını tətbiq edib…
– ABŞ 1945-ci ildə nüvə silahı tətbiq edib. Ancaq həmin dövrdə nüvə silahı ancaq Amerikada olub. Ondan bu yana əgər nüvə silahı yalnız ABŞ-da olsaydı, bəlkə də bu silahın işlədilməsi ehtimalı yüksək olardı. Ancaq indi Rusiyada, Fransada, Pakistanda, Hindistanda, İngiltərədə və digər ölkələrdə bu silah var. İndi nüvə silahı daha çox dövlətlərin bir-birini cilovlanmaq məqsədilə, siyasi konyunktura baxımından istifadə edilir. Təsəvvür edin ki, iki dövlət eyni zamanda nüvə silahı tətbiq edir. Bu zaman dünyada nələr baş verər?

 
– Şimali Koreyanı belə hədə-qorxu ilə cilovlanmaq mümkündürmü?
– İllərdir ki, bu proses gedir. Mən inanmıram ki, belə ağılda olan insanı cilovlamaq olsun. Əlbəttə, onu sakitləşdirəcəklər. Amma arada o yenə hoppanıb-düşəcək ki və mənəm, mənəmlik edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button