2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Eldəniz Quliyev polis tərəfindən saxlanılıb?

Cumhuriyyet.az-a daxil olan və hələlik dəqiqləşdirilməyən məlumata görə, Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev polis tərəfindən saxlanılıb. Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparılan E.Quliyevin saxlanmasına səbəb onun inanclı kəsimin hüquqlarını müdafiə etməsi, bu məqsədlə komitə yaratmasıdır.
Məlumat üçün qeyd edək ki, E.Quliyev bir müddət bundan öncə İnanclı Kəsimin Hüquqlarını Müdafiə Komitəsi yaratmış və bu istiqamətdə bəzi addımlar atmışdır.
İnformasiyanı dəqiqləşdirmək üşün E.Quliyevlə əlaqə yaratmağa çalışsaq da, onunmobil telefonu söndürüldüyü bəlli olub. İş saatı başa çatdığı üçün informasiyanı DİN vasitəsi ilə də dəqiqləşdirmək mümkün olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button