2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Eldəniz Səlimov YAP-dan çıxarıldı – Meydan.TV

Milli Məclisin İntizam komissiyası da deputatla bağlı rəy verib

Avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

İclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, deputat Eldəniz Səlimov iclasda çıxış edərək əməlini etiraf edib və üzr istəyib.

Bundan sonra, İntizam komissiyası Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy verib və məsələ parlamentin avqustun 3-də keçiriləcək iclasına tövsiyə olunub.

Eyni zamanda, hakim partiyanın Xaçmaz rayon təşkilatının İdarə Heyəti təşkilatın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Səlimovun YAP üzvlüyündən xaric edilməsi haqda qərar qəbul edib.

Bu barədə “Report.az”a YAP-ın rayon şöbəsindən məlumat verilib.

İyulun 29-da saat 01 radələrində Xaçmazda yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun xidməti vəzifəsini icra edən polis əməkdaşına zor tətbiq etdiyi açıqlanıb.

Bildirilir ki, Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.


24 saat” “Eldəniz Səlimov YAP-dan çıxarıldı – ” başlıqlı yazını “”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button