Xəbərlər

Eldar Həsənov DTX-nin hospitalına köçürülüb

Loading...

Bakı/15.10.21 Azərbaycanın keçmiş baş prokuroru Eldar Həsənovun vəziyyəti kəskin şəkildə pisləşib və o, DTX-nin hərbi hospitalına köçürülüb. Bu barədə Turan-a vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, son 20 gündə onun vertiqosu, hipertoniyası və digər xroniki xəstəlikləri irəliləyib. Məhkəmə iclaslarında o, tez-tez huşunu itirirdi.

Buna görə son vaxtlar məhkəmə iclaslarıda “təcili tibbi yardım” həkimləri iştirak edirdi. Həsənovun vəziyyətinə baxmayaraq, həftədə iki dəfə məhkəmə keçirilirdi. Müdafiə tərəfin iradları və xahişləri nəzərə alınmırdı.

Vəkil qeyd edib ki, Həsənov ixtisaslaşmış nevrocərrahiyyə xəstəxanasında müalicə almalıdır, bu barədə həkim rəyi də var. Amma bunun üçün məhkəmə qətimkan tədbirini dəyişdirməlidir.

Vəkilin sözlərinə görə, Strasburq Məhkəməsi Həsənovun vəziyyəti ilə bağlı məsələni Azərbaycan hakimiyyəti qarşısında qaldırıb. Amma məsələ hələ də həllini tapmayıb.

* Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.1. (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Həsənov 2010-2020-ci illər ərzində Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfiri vəzifələrində işləyərkən büdcə vəsaitini mənimsəməkdə və oğurlamaqda ittiham olunur. -06B-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button