Loading...
Loading...
Gündəm

Eldar Həsənova hökm oxundu

Keçmiş səfirin əmlakları müsadirə olundu

Həbsdə olan keçmiş Baş prokuror səfir Eldar Həsənova hökm oxunub. Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Eldar Həsənov 10 il azadlıqdan məhrum edilib. O, səfir olduğu ölkələrdə səfirlik üçün binaların alınması zamanı külli miqdarda vəsaitlərin yeyintisi, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə təqsirli bilinib.

Hökmə əsasən, Eldar Həsənovun ailə üzvlərinə məxsus bir sıra daşınmaz əmlaklar – Nardaran qəsəbəsində bağ evi, Bakının Nəsimi Yasamal rayonlarında iki mənzil, Nərimanov rayonunda mağaza, Abşeron rayonunda təsərrüfat təyinatlı torpaq sahəsi, Monteneqronun Budva şəhərində mənzil müsadirə olunub.

Hökmdən əvvəl son sözünü deyən Eldar Həsənov bildirib ki, o, kiminsə qisas almaq məqsədilə atdığı şərin qurbanı olub.

“Mən bu məhkəmədən ədalətli qərar gözləmirəm. Nə tapşırıblarsa, onu da edəcəksiz. Mən bir məmurun şərinə düşmüşəm. Amma burada danışmayacam. İlham Əliyevdən inciyə bilərəm, amma ona xəyanət etmərəm. 28 illik sədaqətim var. Mənim fiziki məhvimə qərar verilib, amma bildiklərim mənimlə qəbrə gedəcək. Mən namərd olmaq istəmirəm”, – Eldar Həsənov bildirib.(Meydan TV)

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun