2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Eldar Həsənov da əmlakını geri istəyir – Müsadirəni qanunsuz sayır

Oktyabrın 20-si Ali Məhkəmədə məhbus dövlət xadimi Eldar Həsənovun işi üzrə proses keçiriləcək. Vəkil Valeh Mehralıyevin verdiyi məlumata görə, Ali Məhkəməyə şikayətdə Eldar Həsənova məxsus olduğu bildirilən əmlakların müsadirəsinin qanunsuz sayılaraq sahiblərinə qaytarılması istənib.

Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Binə qəsəbəsi) saxlanan Eldar Həsənovun oktyabrın 10-da 67 yaşı tamam olur.

1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

Saytların yığılması Saytlarin yigilmasi

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.

Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetində, Azərbaycan Pedaqoji Universitetində dərs deyib. Mütəşəkkil cinayətkarlıq və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Eldar Həsənovun Bakıda tutulduğunu açıqlayıb. Avqustun 14-də Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçilib, avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir vəzifəsindən azad edib.

Eldar Həsənov həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanıb, Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib. İbtidai istintaqı əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi, sonra Baş Prokurorluğun İstintaq İdarəsi aparıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların (Bakının Nardaran qəsəbəsindəki bağ evi və torpaq sahəsi, Nəsimi rayonundakı mənzil, Yasamal rayonundakı mənzil, Nərimanov rayonundakı mağaza, Xətai rayonundakı fərdi yaşayış evi, Abşeron rayonunun Novxanı qəsəbəsindəki torpaq sahəsi, Monteneqrodakı mənzil) müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Tutulduğu gündən ittihamı rədd edən Eldar Həsənov cinayət işini və həbsini təqib, qanunsuzluq, haqsızlıq, ədalətsizlik və sifariş kimi qiymətləndirir.

Eldar Həsənovun dörd vəkili var: Cavad Cavadov, Valeh Mehralıyev, Adəm Məmmədov, Cəlil Mirzəyev. (Novator)

24 saat” “Eldar Həsənov da əmlakını geri istəyir – Müsadirəni qanunsuz sayır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button