2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Eldar Həsənov: “Xaricdəki layihələrə Bakıdan təyin olunmuş şəxslər nəzarət edirdilər”

Bakı/10.09.21  Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın Serbiyadakı keçmiş səfiri və keçmiş baş prokuror Eldar Həsənova qarşı cinayət işinə mahiyyəti üzrə baxılmasına başlanılıb.

İclasın əvvəlində məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib, Həsənova vəkillərin yanında oturmağa icazə verib.

Həmçinin müdafiəçilər Həsənovun ixtisaslaşdırılmış klinikaya yerləşdirilməsi üçün səhhətinin ağır olması ilə əlaqədar həbsdən azad edilməsi barədə vəsatət qaldırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

“Təcridxanada müalicə üçün şərait necə yaradıla bilər? Bu gün də səhər tezdən kəskin ağrılarım başladı, amma məhkəməyə hörmət edərək iştirak etməyə razılıq verdim”, -Həsənov deyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Sonra Həsənov məhkəmədən araşdırmanın qapalı rejimdə aparılmasını xahiş edib. Onun sözlərinə görə, bəzi faktlar Azərbaycanın ikitərəfli beynəlxalq imicinə xələl gətirə bilər.

“Əgər mən irəli sürülmüş ittihamlar üzrə ifadə versəm, səfir olduğum ölkələrlə Azərbaycanın münasibətlərinə xələl gələ bilər”, – Həsənov deyib.

Sonra o, istintaqın ədalətsizliyindən və qohumlarının təqib olunmasından, xüsusilə hələ 1996-cı ildə, səfir təyin olunmazdan əvvəl alınmış və nəvəsinə bağışlanmış evə həbs qoyulmasından şikayətlənib.

“Dövlətin maraqları naminə prosesin, və  yaxud bu məsələlərə dair ifadə verildiyində onun hissələrinin qapalı keçirilməsini istəyirəm”, –  Həsənov deyib.

Ancaq prokuror etiraz edib, bildirib ki, iş materiallarında dövlət sirri yoxdur. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra prokuror ittiham aktını elan edib. İttiham aktına görə, Həsənov səfirliyin binasının alınması və tikinti-təmir işləri üçün ayrılmış vəsaitdən 17 milyon 931 316 manatı mənimsəyib.

Bundan əlavə, o, cinayət yolu ilə əldə edilmiş  11 milyon  804 min manatın leqallaşdırılmasında və 192 min manat məbləğində büdcə vəsaitinin məqsədli istifadə olunmamasında ittiham edilib.

Həsənov ittihamları təkzib edərək deyib ki,  səfir çalışdığı dövrdə layihələr dövlət büdcəsindən və Heydər Əliyev Fondundan maliyyələşdirilib. Bütün layihələr ən yüksək səviyyədə razılaşdırılıb, rəhbərlik isə dövlət tərəfindən təyin edilmiş iki şəxsə həvalə edilib. Onlara diplomatik pasport verilib və onlar bütün prosesə – Bakıda abidələrin hazırlanmasından başlayaraq onların xaricdə qurulmasına qədər – yerindəcə nəzarət ediblər.

Daha sonra Həsənovun vəziyyəti pisləşib və onun ifadə verməsi növbəti iclasadək təxirə salınıb.

* Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliy Xidməti  tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 5 maddəsi üzrə ittiham irəli sürülüb: 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən   sui-istifadə), 308-1.1 (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) və 313 (vəzifə saxtakarlığı).

Həsənov 2010-cu ildən 2020-ci ilədək Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovinada, Monteneqroda səfiri olduğu dövrdə oğurluq və mənimsəmədə də ittiham olunur. -06B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button