2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Eldar Həsənovu artıq DTX-nin hospitalında müalicə etmirlər – vəkil

Bakı/26.08.21 Azərbaycanın keçmiş səfiri və eks baş prokuror Eldar Həsənovun DTX-nin hərbi hospitalında müalicəsi dayandırılıb və o, yenidən İstintaq Təcridxanasına köçürülüb, burada ona heç bir tibbi yardım göstərilmir, bu barədə vəkil Cavad Cavadov bildirib.

“Azərbaycan Baş Prokurorluğu Həsənov barəsində cinayət işinin məhkəməyə göndərildiyini bildirdikdən sonra o, avqustun 16-da öz vəkili vasitəsilə bəyanat yayıb.

Növbəti gün – avqustun 17-də səhər onun müalicəsi dayandırılıb və heç bir izahat vermədən Həsənovu İstintaq Təcridxanasına qaytarıblar. Bundan sonra heç bir müalicə aparılmır və onun vəziyyəti yenidən pisləşir”, deyə Cavadov facebook-da yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, AİHM və Azərbaycan hökuməti arasında Həsənov barəsində Avropa Məhkəməsinin Sağlamlıq vəziyyəti ilə əlaqədar aralıq tədbirlər Qaydalarının 39-cu maddəsinin tətbiq edilməsi ilə bağlı əlaqələr davam etdirilir.

Bu zaman AİHM-də Azərbaycan adından çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov avqustun 20-də Strasburq Məhkəməsinə yazaraq, Həsənovun hospitalda müalicədə olduğunu və guya “vəziyyəti manipulyasiya etdiyini” iddia edib. Əsgərov AİHM-dən aralıq tədbirləri dayandırmağı xahiş edib.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi AİHM-ə müvafiq cavab göndərib və Strasburq Məhkəməsinin adekvat reaksiyasına ümid edir.

Xatırladaq ki, avqustun 16-da Həsənov bəyanatla çıxış edib və bütün ittihamları təkzib edib, hakimiyyətdə adını açıqlamadığı iki şəxsin ona atdığı böhtanın qurbanı olduğunu bildirib. Həsənov həmçinin istintaqın qərəzli olmasından və ona vaxtlı-vaxtında tibbi yardım göstərilməməsindən, nəticədə vəziyyətinin kəskin şəkildə pisləşməsindən şikayət edib.

Xatırladaq ki, bir müddət əvvəl Həsənovun vəkili və yaxınları onun tez-tez huşunu itirdiyini və onurğasında ağır xəstəliklə əlaqədar hərəkət edə bilmədiyini bildirib. İyunun 2-də o, Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında əməliyyat olunub.

* Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən məqsədinə uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı CM-in 3 maddəsi: 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz yolla əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 308-1.1 (büdcə vəsaitlərindən məqsədinə uyğun olmayan istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb.

Həsənov 2010-2020-ci illərdə Rumıniyada, Serbiyada, Bosniya və Herseqovinada və Monteneqroda Azərbaycanın səfiri vəzifəsində işlədiyi dövrdə vəsaiti oğurlamaqda və mənimsəməkdə ittiham olunur. Söhbət səfirlik binalarının təmiri və alınması zamanı 180 min avrodan çox vəsaitin mənimsənilməsindən gedir. -06B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button