2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Eldar Həsənovun səhhətinin pisləşməsi ilə əlaqədar onun işi üzrə məhkəmə iclası təxirə salınıb

Bakı/17.09.21 Azərbaycanın sabiq baş prokuroru və Serbiyada keçmiş səfiri Eldar Həsənovun işi üzrə məhkəmə iclasına təqsirləndirilən şəxsin səhhətinin kəskin pisləşməsi ilə əlaqədar fasilə verilib.

Günün birinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə vəkillər bir daha Həsənovun ev dustaqlığına köçürülməsi barədə vəsatət qaldırıblar. Amma məhkəmə vəsatəti təmin etməyib.

Fasilədən sonra təqsirləndirilən şəxsin səhhətinin pisləşməsi ilə əlaqədar iclasın baş tutmayacağı elan edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim Əfqan Hacıyev növbəti iclası sentyabrın 20-nə təyin edib.

* Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və büdcə vəsaitindən təyinatı üzrə istifadə etməməkdə şübhəli bilinərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.1. (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Həsənov 2010-2020-ci illər ərzində Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfiri vəzifələrində işləyərkən büdcə vəsaitini mənimsəməkdə və oğurlamaqda ittiham olunur. -06B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button