2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Eldar Həsənovun vəkilləri İlham Əliyevə müraciət ediblər

Bakı/03.01.22 Azərbaycanın Serbiyada keçmiş səfiri və ölkənin sabiq baş prokuroru Eldar Həsənovun vəkilləri müvəkkillərinə qarşı “antihumanist” davranışa son qoyulmasına kömək etmək xahişi ilə ölkə prezidenti İlham Əliyevə müraciət ediblər.

Vəkillər Cavad Cavadov, Valeh Mehraliyev, Cəlil Mirzəyev və Adəm Məmmədovun müraciətində deyilir:

“Möhtərəm cənab Prezident!

Saytların yığılması Saytlarin yigilmasi

Hüquqlarını müdafiə etdiyimiz keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və artıq məhkəmə çıxışları mərhələsidir.

Məhkəmənin əvvəlindən Eldar Həsənov iclasların qapalı keçirilməsini israrla xahiş etsə də, hakimlər bunu təmin etməyiblər və bu səbəbdən məhkəmədə baş verənlər mətbuatda geniş yayılıb.

İstintaq orqanının irəli sürdüyü bütün ittihamlar məhkəmədə tamamilə dağılıb, Eldar Həsənovun əleyhinə heç bir şahid ifadə verməyib, yaxud istintaq vaxtı verdikləri ifadələri müstəntiqin diktəsi ilə yazdıqlarını bildiriblər və həmin ifadələrdən imtina ediblər. Azərbaycan Respublikası Baş Prokurorluğunun beynəlxalq tapşırığı əsasında 6 aya yaxın müddətdə aparılan araşdırmalarda, dindirmələrdə Eldar Həsənovun əleyhinə bircə sübut, dəlil aşkar olunmayıb.

4 aya yaxındır davam edən məhkəmədə müdafiə tərəfinin verdiyi 74 yazılı və şifahi vəsatətin hamısı əsaslandırılma olmadan rədd edilib, 27 dekabr 2021-ci ildəki iclasda isə məhkəmə tarixində görünməyən hadisə baş verib – verdiyimiz 20-dən artıq vəsatət kütləvi şəkildə, bir kəlməlik əsaslandırma da aparılmadan rədd edilib.

Ən dəhşətlisi odur ki, Eldar Həsənovun yanına həkimlərin müayinə və tövsiyə üçün buraxılmasına dair vəsatətlər, hətta onun laboratoriya analizlərinin keçirilməsinə icazə verilməsinə dair vəsatətlər də rədd olunub. İki aydan artıqdır ki, Eldar Həsənovun yanına israrla heç bir həkim buraxılmır.

13 dekabr 2021-ci ildəki iclasda (http://gozetci.az/az/pozuntular/hakim-yenə-eldar-həsənovun-həkimlərlə-bagli-istəyinə-yox-dedi/) Eldar Həsənov qəbul etdiyi gündəlik 31 dərmanın sayının azaldılması üçün hakimlərdən onların özlərinin tanıdığı həkimin təcridxanaya buraxılmasını xahiş edib. Hakimlər buna da imtina veriblər.

Bu məsələdə məhkəmə məsuliyyəti Eldar Həsənovun saxlandığı yerin müdiriyyətinin üzərinə yıxmağa çalışsa da, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 22.6-cı maddəsində məhz məhkəmənin buna icazəsi tələb olunur.

Eldar Həsənovda paroksizmal pozision başgicəllənmə (vertiqo), xroniki gərginlik baş ağrısı, şəkərli diabet II tip, arterial hipertoniya, sağ tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbarikkulopatiya, servikal osteoxondroz, boyun və bel fəqərələrinin müxtəlif yırtıqları mövcuddur, o, yarımiflic vəziyyətindədir.

Bu xəstəliklərlə bağlı onun üçün nəinki ambulator, ümumiyyətlə heç bir müalicə aparılmır. Halbuki Avropa İnsan Hüquqları Məhkəməsi 19 noyabr 2021-ci ildə Məhkəmə qaydalarının 39-cu maddəsinə əsaslanaraq müvəqqəti tədbir kimi çıxardığı üçüncü qərarında Eldar Həsənovun ixtisaslı həkimlərin müvafiq hesab etdiyi ambulator və ya stasionar şəraitdə hər bir zəruri və adekvat tibbi müalicə ilə təmin olunmasını vacib sayıb.

Ümumiyyətlə adi, elementar müalicənin Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsi ilə tələb edilməsi məcburiyyətdən irəli gəlib və bəzi məmurların Eldar Həsənova qarşı qərəzli, qisasçılıq münasibətinin nəticəsidir.

O, məhkəmədə dəfələrlə huşunu itirdiyinə görə yıxılıb, dəfələrlə məhkəmə zalından xərəkdə çıxarılıb, məhkəmə isə israrla iclasları həftədə iki dəfə, üstəlik, səhər saat 10-dan axşam saat 18-dək aparıb və bütün bunlar Eldar Həsənovun səhhətinin daha da ağırlaşmasına rəvac verib.

Çox təəssüflər olsun ki, prokurorluğun tam nəzarətində keçirilən məhkəmənin bu gedişindən biz müdafiə tərəfi olaraq hər hansı ədalətli qərar gözləmirik, lakin Eldar Həsənovun 27 illik xidmətlərini nəzərə alaraq onun fiziki cəhətdən məhvinə yönəlmiş bu antihumanist davranışın qarşısını almaq üçün Sizdən məsələyə şəxsən müdaxilə etmənizi xahiş edirik”.

* Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı CM-in 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz yolla əldə olunmuş vəsaitin leqallaşdırılması) 308.2 (vəzifədən sui-istifadə), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Həsənov 2010-2020-ci illərdə Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfiri vəzifələrində işləyərkən vəsait oğurlamaqda və mənimsəməkdə ittiham olunur.

Bəzi müşahidəçilər Həsənova qarşı cinayət işini onun siyasi ambisiyaları ilə əlaqələndirirlər. Həsənov özü hakimiyyətdaxili intriqaların qurbanı olduğunu iddia edir. -06B-

  

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button