2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Eldar Həsənovun vəkilləri prezidentə müraciət etdi: İndiyədək 170 dəfədən artıq yıxılıb…

Sabiq Baş prokurorun işi üzrə istintaq yekunlaşdı

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun işi üzrə istintaq yekunlaşıb. Hazırda onun özü və vəkilləri cinayət işinin materiallarıyla tanış olur.

İyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi hospitalına köçürülərək, orada əməliyyat olunan keçmiş səfir bir müddət əvvəl yenidən geri qaytarılıb. Əvvəlki kimi, yenə də DTX-nın istintaq təcridxanasında saxlanılan Eldar Həsənovun vəkilləri onun durumunun kritik olduğunu deyir. Bununla əlaqədar iyulun 30-da sabiq səfirin sağlıq durumunun ağırlığıyla əlaqədar onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün prezident İlham Əliyev və və vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Eldar Həsənovun vəkilləri olaraq, onun səhhətindəki çox ciddi və ağır durumla bağlı, bəlkə də sonuncu dəfə, sizə müraciət edirik. Xəstəliyin surətlə irəliləməsi nəticəsində durum o qədər ağırdır ki, növbəti dəfəyə ehtiyac qalmaya bilər. Vəkillər olaraq düşünürük ki, onun səhhətinin ağır durumda olması barədə məlumatlar bəlkə də sizə çatmır”, – vəkillər müraciətdə yazır.

Müdafiəçilər məktubda sabiq Baş prokurorun səhhətindəki problemlərdən bəhs edir, yazdıqları hər cümlənin tibbi sənədlərlə təsdiqləndiyini vurğulayırlar:

“Eldar Həsənov keçən ilin oktyabrından başlayaraq, başgicəllənmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edirdi. İndiyə qədər 170 dəfədən artıq belə yıxılmalar baş verib. Həmin vaxtdan çəliklə hərəkət etmək məcburiyyətində qalıb. Baş Prokurorluğa onun öz həkimləri tərəfindən müayinə olunması ilə bağlı dəfələrlə vəkillərinin vəsatətləri əsassız olaraq təmin edilməməsi belə ağır fəsadlara gətirib çıxarıb”.

Hospitalda stasionarda müayinə zamanı onda paroksizmal pozision vertiqo, sol tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbal radikulopatiya aşkar olunub. Müdafiəçilərin sözlərinə görə, başgicəllənmələrin və yıxılmaların səbəbi də bu xəstəlik olub: “Bu xəstəliyin vaxtında aşkara çıxarılmaması və adekvat müalicə aparılmamasına görə indi durum çox ağırdır. Əslində bu xəstəliyin müalicəsi yoxdur, ağırlaşmanın qarşısını almaq üçün gündəlik profilaktikası var – dərmanlar, məşğələlər, fizioterapiya, müntəzəm açıq havada olma və s. Amma indi onun durumu ağır olduğuna görə müntəzəm başgicəllənmələr yıxılmalarla müşahidə olunur. İstənilən növbəti yıxılmaların birində ağır fəsad baş verə bilər”.

Vəkillər Cavad Cavadov, Valeh Mehrəliyev, Cəlil Mirzəyev və Adəm Məmmədov bütün bunların nəzərə alınıb, Eldar Həsənovun ev dustaqlığına buraxılmasını istəyir.

Avropa İnsan Haqları Məhkəməsi mayın 7-də və iyunun 23-də Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Eldar Həsənovun səhhətindəki problemlərlə əlaqədar stasionar qaydada hospitala yerləşdirilməsi, zəruri müayinə, cərrahiyyə əməliyyatı aparılması barədə qərar qəbul etmişdi. Bundan sonra iyulun 2-də o, DTX-nın Hərbi Hospitalına köçürülmüş, orada əməliyyat olunmuşdu.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onun vəkili Adəm Məmmədov bir müddət əvvəl yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: “Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”.


24 saat” “Eldar Həsənovun vəkilləri prezidentə müraciət etdi: İndiyədək 170 dəfədən artıq yıxılıb…” başlıqlı yazını “”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button