2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Eldar Mahmudov-Akif Çovdarov cinayətkar irsi davam edir?

AXCP sədri Əli Kərimli siyasi məhbuslar İlkin Rüstəmzadə və Bayram Məmmədova həbsxanada onların həyatına təhlükə doğuran basqıların edilməsinə etirazını bildirib. AXCP sədrinin bu barədə feysbuk səhifəsində yazdığını təqdim edirik:

DTX-da Eldar Mahmudov-Akif Çovdarov cinayətkar irsi davam edir? Dövlət təhlükəsizliyi ölkənin ən işıqlı gənclərinin ölüm təhlükəsi altında vətəndaş cəmiyyətinə qarşı əməkdaşlığa cəlb edilməsilə təmin olunur?

Saytların yığılması Saytlarin yigilmasi

“Əsgər ölümlərinə son!” mitinqinin əsas təşkilatçısı İlkin Rüstəmzadəni DTX əməkdaşları cəzaçəkmə müəssisəsində hədələyiblər ki, “bizimlə əməkdaşlıq etməsən, nə müalicə müəssisəsinə gedəcəksən, nə müalicə olunacaqsan, nə də həbsdən azad ediləcəksən, elə bu vəziyyətdə burada öləcəksən”.

İlkin bəyə qarşı bu cinayətkar davranışa yol vermiş DTX əməkdaşları dərhal cəzalandırılmalıdır. DTX baş verənlərə görə cəmiyyətdən üzr istəməli, belə hallara gələcəkdə yol verməyəcəyilə bağlı ictimaiyyət qarşısında öhdəlik götürməlidir.

Şimali koreyalaşma yolunda olan ölkəmizdə Penitensiar Xidmət də rəsmi işgəncə məqamınamı çevrilir? Onsuz da Mehman Qələndərovun ölümü bu dövlət qurumu üzərində ləkədir. O ləkəni yumaq haqqında fikirləşməkdənsə, qurumun rəhbərliyi gənc siyasi məhbus Bayram Məmmədova qarşı işgəncə sayıla biləcək hərəkətlərə yol verir. “Heykəl məhbusu” Bayram Məmmədov vəkili Elçin Sadıqov vasitəsilə cəmiyyətə çatdırıb ki, o həbsxanada incidilir, müalicəsinə imkan verilmir, fiziki cəhətdən məhvinə zəmin yaradılır.

P.S. Dostlar, siyasi məhbus Mehman Qələndərovun intihara məcbur edilməsi və ya öldürülməsi bu işıqlı gənclərə qarşı baş verən cinayətləri arxa plana keçirdi. Mən də daxil olmaqla, əksəriyyətimiz bu gənclərin SOS harayına vaxtında diqqət edə bilmədik. Gec deyil, səhvimizi düzəldək, gənc fəallara qarşı təzyiqlərin dayandırılmasını hamılıqla tələb edək!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button