2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Eldar Mahmudov Maqsud Mahmudovun əmlakını niyə qaytarmır? – İcra Şöbəsindən acizlik

 

Ədliyyə Nazirliyinin Nərimanov rayon İcra Şöbəsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun dövründə MTN-də müstəntiq olmuş Cavid Quluzadənin qarşısında aciz qalıb.

24saat.org-un verdiyi məlumata görə, icra şöbəsi iş adamı Maqsud Mahmudovla bağlı Nərimanov Rayon Məhkəməsinin qərarını icra etməkdə çıxılmaz vəziyyətlə qarşılaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sahibkarın əmlaklarının MTN qruplaşması tərəfindən hədə-qorxu yolu ilə əlindən alınması sübuta yetirilib və Nərimanov Rayon Məhkəməsi iş adamının mülklərinin qaytarılmasına dair qətnamə çıxarıb.

Eyni zamanda Bakı Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Lakin Mahmudov şəbəkəsi və MTN-nin müstəntiqi C.Quluzadənin iradəsinə qarşı gələ bilməyən icra şöbəsi aciz vəziyyətdə qalıb.

MTN şəbəkəsinin qurbanı olmuş iş adamı saytımız vasitəsi ilə 1-ci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdi. Maqsud Mahmudov bildirirdi ki, məhkəmə hökmünün icra olunmamasından şikayətçidir.

Onun sözlərinə görə, MTN bandası tərəfindən qəsb edilmiş əmlaklarının qaytarılması barədə məhkəmə qərarı var. Amma bu günə kimi icra olunmayıb.

“Hörmətli Mehriban xanım, sizin 1-ci vitse-prezident təyin olunmağınız sahibkarları ümidləndirib. Sizin bu vəzifədə olduğunuz dövrdə sahibkarlığın inkişafı ilə bağlı müsbət irəliləyiş olacağını gözləyirik.

Belə ki, 2016-cı ilin əvvəlində MTN-nin müstəntiqi Cavid Quluzadə və Azad İsmayılova qarşı iddia qaldırmışam. Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm.

Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksim və “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşınım MTN əməkdaşları tərəfindən zorla alınıb. Maşını müstəntiq Cavid Quluzadə əvvəlcə öz adına keçirib”,-deyə M.Mahmudov bildirib.

Bildirilir ki, 2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov “Texnikabank”dan 1 milyon 500 min manat kredit alıb. Özü də bilmədən “MTN çetesi”nin diqqət mərkəzinə düşüb.

İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub.

Kreditin alınmasından 3 ay sonra M.Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıblar. Onlar iş adamına qarşı ağlasığmaz tələb irəli sürülüb.

24saat.org-un verdiyi məlumata görə, iş adamı başına gələnləri danışıb: “Məndən reket qaydasında 2020-ci ilədək geri qaytarmalı olduğum krediti 3 günə geri ödəmək tələb olundu. Heç bir məntiq yoxdur ki, üç günə krediti qaytarasan.

3 gün sonra isə mən MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti altında “Texnikabank”a, Cəmin Hacıyevin hüzuruna aparıldım.

Mənə MTN-ə aparmaqla təhdid etdilər, başıma oyun açacağını dedilər. Məni MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə apardılar.

Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad İsmayılovun adına rəsmiləşdirdilər. Cəmin Hacıyev bununla da kifayətlənməyib, hesabımdan 115 min dollar köçürtdürdü.

Bundan başqa, qardaşı oğlumun adına olan “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirildi”.

O, restoranının, maşınının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyev iddianı araşdırıb və təmin edib. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button