2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Eldar Mahmudov üçün seks videolarını çəkən türk şirkəti

“Babil elektrik“ MTN-nin sifarişçisi rolunda

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun nazirlikdəki dəstəsinin əsas cinayətlərindən biri də insanların şəxsi həyatının toxunulmazlığına müdaxiləsidir.

Avropa Şurasına üzv olan Azərbaycanda da vətəndaşların şəxsi həyatının toxunulmazlığı yerli qanunvericiliklə yanaşı, həm də İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası ilə qorunur. Ancaq buna baxmayaraq, son illər ərzində MTN rəhbərliyi ayrı-ayrı vəzifəli adamları, biznesmenləri seks videoları ilə şantaj edib, onlardan külli miqdarda pul alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Gununsesi.info-ya Eldar Mahmudovun “video əməliyyatları” ilə bağlı sensasion fakt daxil olub. Məlumatda qeyd olunur ki, bir neçə il əvvəl Bakıdakı restoran, otel və milyonçuların villalasında elektirikləşməni aparan məhşur türk şirkəti “Babil Eelektirik”in ölkəmizdəki rəhbərliyi MTN-nin “toruna düşüb”. Şirkətin Azərbaycanda qalıb fəaliyyət göstərməsi isə yalnız MTN rəhbərliyinin şərtləri daxilində mümkün olub. Bundan sonra şirkət MTN-dən gələn siyahı əsasında həmin obyektlərin elektirikləşməsi zamanı gizli kameraları quraşdırıb.

Bundan sonra MTN asanlıqla imkanlı adamların şəxsi həyatını nəzarətə götürə bilib. Mənbə onu da qeyd edib ki, “Babil Elektirik” hazırda Bakıda fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı şirkətin Bakı təmsilçiliyində çalışan görəvlilərlə əlaqə yaratmaq cəhdləri isə baş tutmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl sabiq MTN zabiti Ərəstun Oruclu açıqlamasında Eldar Mahmudovun əlində 2800 seks videosu olduğunu demişdi. Bu siyahıda isə nazirlər, icra başçısları, onların övladlarının da adı keçir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button